vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜLƏŞ  
15:06 | 6 aprel 2014 | Bazar Məqaləyə 2702 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türk hakim «qızıl»ımızı aldı

Güləş federasiyası Levent Şəndən etiraz edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Güləş Federasiyası türk hakimə qarşı rəsmi formada etirazı edəcək. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov azerisport.com-a açıqlamasında, azərbaycanlı idmançı Həsən Əliyevin iştirak etdiyi Avropanın çempionatının finalında türk hakim Levent Şənin etdiyi hərəkətlərə qarşı rəsmi etiraz etmək niyyətində olduqlarını söyləyib:

«Döyüş zamanı hakimin başa düşülməyən qərarları, Azərbaycanın daha bir qızıl medalı itirməsinə səbəb oldu. Döyüşün sonun 3 saniyə qalmış hakimin azərbaycanlı idmançıya xəbərdarlıq etməsi absurd bir məsələdir və nəticədə rəqib qələbə qazandı. Buna görə türk arbitrinin hakimliyi haqqında rəsmi etirazı vermək barəsində qərar qəbul edilib. Azərbaycan və Türkiyə Federasiyaları arasında dostluq əlaqələrini nəzərə alaraq və bu gün çempionatın son günü olduğu üçün Çempionatın tamamlanmasından sonra bütün bu faktları yığaq və Beynəlxalq federasiyaya göndərmək barədə qərar qəbul edilib». 

Cəfərovun sözlərinə görə, Türkiyə tərəfi də türk hakimin bu qərarının əleyhinədir: «Türkiyənin milli federasiyasının prezidenti Həmzə Yerlikayanın mənimlə danışıqda, Şənin bu qərarlarından narazı olduğunu söylədi».

Qeyd edək ki, Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatının həlledici final qarşılaşmasında Həsən Əliyev (66 kq) rusiyalı Adam Kuraka uduzub və gümüş medalla kifayətlənib. 

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 6 medal qazanıb. Mariya Stadnik (48 kq), Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.