vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
01:34 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 2815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sitatın sonu»nun sonu

Etibar Hüseynova ATV-dən zərbə

MÖVZU İLƏ ƏLAQƏLİ

Deputat Etibar Hüseynovun ATV-də yayımlanan «Sitatın sonu» verilişi bağlanıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, daha əvvəllər də verilişinə müəyyən fasilələr verilən Etibar Hüseynovun qarabağlılar barəsində səsləndirdiyi təhqiramiz ifadələr «Sitatın Sonu»nun sonu olub. Məcburi köçkünlər barəsində ifadələrinə görə, hakimiyyət dairələrində sərt şəkildə danlanan deputata ciddi xəbərdarlıq edildiyi də bildirilir.

Xatırladaq ki, Milli Məclisin spikeri Oqtay Əsədov da Etibar Hüseynov haqqında kəskin mövqeyini ifadə etmişdi. Deputatla söhbət etdiyini deyən, spiker Etibar Hüseynova yönəlik ironiya ilə onun məcburi köçkünlərdən «bacardığı qədər» üzr istədiyini demişdi.

Qeyd edək ki, ötən həftənin şənbə günündə Etibar Hüseynovun müəllifi olduğu «Sitatın sonu» verilişi efirə getməyib.