vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
09:42 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 2598 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın dostu seçkiləri uddu

Ramil Səfərovu Bakıya verən Viktor Orban hökuməti təkbaşına quracaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Macarıstanda aprelin 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. «Media forum» saytı xəbər verir ki, mühafizəkar sağları təmsil edən hakim Vətəndaş İttifaqı Partiyası (FİDES) 66,83 faiz səslə inamlı qələbə qazanıb. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi partiya 133 mandat götürüb.

Sosialist Partiyasının başçılığı ilə qurulmuş sol liberal blok 19,1 faiz səs toplayaraq 38 mandat alıb. Ultrasağ Yobbik Partiyası (11,56 faiz səs, 23 mandat) və Yaşıllar Partiyası (2,51 faiz səs, 5 mandat) sonrakı yerləri tutublar.

Macarıstanın solçu partiyaları Viktor Orbanın səslərin 2/3-ni toplamaqla hakimiyyətə gəldiyi 2010-cu il seçkilərindən sonra, nüfuzlarını bərpa edə bilməyiblər.

 

«Qələbə bizimdir»

 

«Şübhəsiz ki, qələbə bizimdir», - deyə, bazar günü axşam Orban Budapeştdə öz tərəfdarlarına bəyan edib. O həmçinin bildirib ki, seçkilərin nəticələri Macarıstan əhalisinin Avropa İttifaqında qalmaq, ancaq bunu güclü milli hökumətlə etmək istəyinin göstəricisidir.

«Mən Macarıstanın gözəl bir yerə çevirlməsi üçün hər gün işləyəcəm», - baş nazir vəd edib.

Beləliklə, 2010-cu ildən baş nazir postunu tutan Viktor Orban yenidən təkbaşına hökumət qurmaq hüququ əldə edib. O, 1998-2002-ci illərdə də Macarıstanın baş naziri olub.

Onu da qeyd edək ki, iki il öncə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından sonra baş nazir Viktor Orban öz ölkəsində və bəzi Avropa qurumlarında ciddi tənqid dalğasına məruz qalmış, reputasiyası zədə almışdı. Görünür, o, həmin qərarının Macarıstan üçün faydalı olduğuna öz seçicilərini inandıra bilib.