vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
11:18 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 2923 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tibb Universiteti müəllimlərinə xaricdən təklif

Tanınmış tibb alimlər ATU-da olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya ölkələrinin müxtəlif sahələr üzrə tanınmış tibb alimləri, professorlar Azərbaycan Tibb Universitetinin qonağı olublar. ATU rektoru, akademik Əhliman Əmiraslanovla görüşdə Amerika-Avstriya Fondunun Direktoru, klinik urologiya üzrə professor Volfqanq Aulitski, Kolumbiya universitetinin klinik pediatriya üzrə professoru Con Lorenz, Amerika-Avstriya Fondunun digər əməkdaşları iştirak ediblər.

Görüş zamanı millət vəkili Əhliman Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, universitetin həkim-müəllim heyəti, son illər istifadəyə verilən klinikaları barədə ətraflı məlumat verib. Daha sonra azərbaycanlı səhiyyə işçilərinin xarici ölkələrdə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Cənab Volfqanq Aulitski da öz növbəsində ATU ilə tanışlığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Amerika-Avstriya Fondunun xətti ilə tanınmış professorlar, həkimləri dünyanın müxtəlif ölkələrində təlimlərdə çıxış edirlər. V.Aulitski ATU-nun peşəkar həkimlərini də təlimçilər sırasında görmək istədiyini bildirdi. 

Xarici qonaqlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, beynəlxalq münasibətlər şöbəsinin müdiri  Rəhimə Qabulova, Rezidentura şöbəsinin dekan müavini İsmayıl Əfəndiyev, I cərrahi xəstəlikləri kafedrasının dosenti Nadir Zeynalov iştirak ediblər. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.