vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
20:48 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 2786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Real»da Zidan səsləri

2006-cı il Mundialında baş zərbəsi ilə Materassini aşıran fransızın növbəti hədəfi digər bir italyan «Papa Karlo»dur

Müşfiq HABİLOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər İspaniya «La liga»sında hərəkətlilik var. Daha doğrusu sonuncu «El Klassiko»nu («Real» - «Barselona» derbisi) doğma divarlar arasında uduzan paytaxt klubu rəhbərliyi yenidən baş məşqçi axtarışına məcbur olub.

Hazırkı baş məşqçi «Papa Karlo» ləqəbli Karlo Ançelotti (Carlo Ancelotti) kluba mövsümün əvvəlində və sanki bir növ əlacsızlıqdan gətirilib. Ölkənin futbol yazarları da hələ klubun təsislərinə ayağını basmamış italiyalı mütəxəssisin İspaniya karyerası barədə nəhs danışırdılar. Mövsümün əvvəlində bir çox idman nəşrləri 54 yaşlı mütəxəssisin komandaya uğur gətirməyəcəyini yazırdılar.

Vaxt.az Fransanın ən oxunaqlı idman jurnallarından biri «France Football» istinadən xəbər verir ki, madridlilər «Papa Karlo»nun yerinə axtardıqları şəxsi tapıb. İspanlar italiyalı futbol adamını əfsanəvi fransızla əvəzləmək istəyirlər. Bu dünya futbol tarixində ilk dəfə olaraq futbolçu kimi meydançanı qırmızı kartla həmişəlik tərk edən, Əlcəzair əsilli Zinəddin Zidandır (Zinedine Zidane). Həmin olayda (DÇ-2006) Fransa-İtaliya finalında ana söyüşünə görə rəqib müdafiəçinin provokasiyasına uğrayan hücumçu komandasını azlıqda qoymuş və nəticədə Fransa millisi dünya çempionluğundan məhrum olmuşdu. Amma buna baxmayaraq, ölkəsinin ləyaqətini və vida oyunu dünya çempionluğuna qurban vermədiyinə görə Fransa xalqı müsəlman idmançısını qəhrəman kimi qarşılamışdı.

Fransız mediası bu dəfə həmyerlilərinin 2016-cı ildə «Real»da bas məşqçi kreslosuna oturacağını iddia edir. Qeyd edək ki, Zidan futbolçu olarkən də Madrid klubunda tarix yazıb və hazırda da Ançelottinin köməkçisi kimi fəaliyyət göstərir. Müsəlman qanunları ilə yaşayan Marsellinin sanki italiyalılara qarşı antisimpatiyası var. Futbolçu karyerasına italiyalını aşırmaqla son qoyan Zidan, görünür məşqçilik karyerasınasa digər bir italiyalını «aşırmaq»la başlayacaq.

Qayıdaq Karlo Ançellottiyə. Madridə gələnə qədər “Qurd hoca” bir çox adlı-sanlı klubların patronluğunu edib. Məşqçilik karyerasına İtaliyanın «Reggina» klubunda start verən Karlo daha sonra Avropanın ən güclü çempionatlarındakı ən titullu klublarını («Parma», «Yuventus», «Milan», «Çelsi», «Paris Sent Jermen» «Real») çalışdırıb.

Zinnədin Zidan isə hətta köməkçi kimi də İspaniya klubunda siftə edir. Onu da nəzərinizə çatdıraq ki, futbolçu kimi xariqələr yaradan bir çox dahilərin baş məşqçilik karyerası o qədər də uğurlu alınmayıb. «Milan»ın gəlmiş-keçmiş ən istedadlı futbolçularından olan və hazırda sevimli klubunu çalışdıran Klarens Sidorfu (Clarence Seedorf) və Türkiyənin «Qalatasaray» komandasının əfsanəvi 10 nömrəsi, elə doğma klubunda da məşqçilik karyerasına start verən «Karpat Maradonası» ləqəbli Georgi Hacini (Gheorghe Hagi) buna misal çəkmək olar.

Bəs, dünya nəhəngində 2-ci məşqçi kimi işə başladığı gündən bəri əsl hədəfinin baş məşqçilik olduğunu tez-tez dilə gətirən Fransız əfsanənin xəyalı gerçək olacaqmı? «France Football» jurnalının iddiasına görə bu sualın cavabı bəllidir.