vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
09:49 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2867 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ATƏT-in yol xəritəsi olmalıdır»

«Bütün bu münaqişələrin hamısı saxta referendum keçirməklə başlayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT Parlament Assambleyasının( PA) Kopenhagende keçirilən büro iclasında Ukraynadakı böhran, Komitələrin qurumun Bakıda keçiriləcək 23-cü illik sessiyasına təqdim etmək üçün hazırladıqları hesabat və qətnamələrin müzakirəsi, ATƏT-ə sədrlik edən İsveçrənin hazırladığı fəaliyyət planı geniş müzakirə edilib.

Milli Məclisdən Trend-ə bildiriblər ki, ATƏT PA -nın büro üzvü və Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin sədr müavini, Azərbaycanın millət vəkili Azay Quliyev iclasda çıxış edib.

Ukraynadakı vəziyyətə toxunan millət vəkili bu ölkənin ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını müdafiə edib. Lakin eyni zamanda o vurğulayıb ki, bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar da az məsuliyyət daşımırlar: «Belə ki, ATƏT və digər beynəlxalq qurumlar regionda mövcud olan dövlətlərarası münaqişələri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini vaxtında və ədalətli həllinə nail olsaydı və qəti qərarlar qəbul edərək ölkəmizin ərazi bütövlüyünü təmin etsəydi, indiki vəziyyətin şahidi olmazdıq. İndi çoxu beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışır, amma təəssüf ki, biz 20 ildən çoxdur ki, bu haqda danışsaq da, buna məhəl qoyan yoxdur».

A.Quliyev bildirib ki, yaranmış gərgin vəziyyət ATƏT üçün bir imtahandır və bunun öhdəsindən gəlmək üçün yol xəritəsi hazırlanmalı və cəsarətli qərarlar qəbul edilməlidir.

Daha sonra Azay Quliyev ATƏT PA Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin məruzəçisi xanım Pia Kaumanın hazırladığı qətnamə layihəsinə iki mühüm məsələnin əlavə edilməsini təklif edib. Birinci, bir dövlətin başqa birisinin ərazisini işğal etmək məqsədilə xalqların öz müqəddəratını təyin etmək adı altında qondarma referendumlar keçirməsinə və işğala qanunu don geyindirmək cəhdlərinə ATƏT PA-nın münasibət bildirməsini təklif edib: «ATƏT ərazisində mövcud olan münaqişələrin tarixinə baxsaq görərik ki, bütün bu münaqişələrin hamısı saxta referendum keçirməklə başlamışdır. Bunun qarşısını almaq üçün ATƏT açıq şəkildə bildirməlidir ki, bu tipli referendumlar üzv ölkələrin konstitusiya və qanunları çərçivəsində olmalı və birtərəfli şəkildə elan olunan separatçı fəaliyyətə yol verilməməlidir».

İkinci təklifdə isə ATƏT-in bir üzvünün digərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi və bunun qətnamədə ayrıca bir maddə ilə qeyd olunması vacibdir.

İsveçrənin sədrliyinə də toxunan Azay Quliyev movcud problemlərin həlli üçün vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edilməsini və bu prosesdə ölkə parlamentlərinin rolunun artırılmasının zəruriliyini qeyd etdi.