vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
11:50 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sitatın sonu» açıqlaması

«... Efirə getməsi nəzərdə tutulmayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Millət vəkili Etibar Hüseynovun müəllifi olduğu «Sitatın sonu» verilişi bir layihədir. Hər həftə efirə getməsi nəzərdə tutulmayıb. Ona görə də 1-2 həftə efirə getməməsi o demək deyil ki, layihə bağlanıb».

Bu sözləri «Axar.az»a açıqlamasında ATV-nin Xəbərlər departamentinin müdiri Vaqif Aydınoğlu bildirib. Onun sözlərinə görə, «Sitatın sonu» verilişi hələ də davam etməkdədir: «Etibar Hüseynovun «Sitatın sonu» verilişi bağlanmayıb. Mövzu olanda efirə gedir, olmayanda getmir. Yəni verilişin bağlanması kimi bir söhbət yoxdur».

Xatırladaq ki, dünən mətbuatda millət vəkili Etibar Hüseynovun ATV-də yayımlanan «Sitatın sonu» verilişinin bağlandığı xəbəri yayılıb. Xəbərdə bildirilir ki, məcburi köçkünlər barəsində ifadələri üzündən hakimiyyət dairələrində sərt şəkildə danlanan deputatın ATV-dəki verilişi bağlanıb.