vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
18:14 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2489 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oyun dəyişib»

Kipr probleminin həlli üçün unikal təklif

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle aprelin 7-də Nikosiyada Kiprin yunan və türk tərəflərinin nümayəndələri ilə görüşüb. O bildirib ki, Kipr məsələsinin sülh yolu ilə həlli ümumi daxili məhsulun sayını iki dəfə artıra bilər. Məlumatı «New Erope» xəbər portalı yayıb.

«Bu, Kiprin bölünməsinə son qoymaq üçün unikal fürsətdir. Hər birimizin öz töhfəmizi necə verə biləcəyimiz barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm», - Füle deyib.

Komissar əlavə edib ki, şərait dəyişib və regional sabitlik asanlıqla bərqərar olunmur. Avropa və Kipr çətin iqtisadi dövrlərdən keçirlər və Kipr dənizində karbohidrogenin kəşfi, Ştefan Fülenin sözlərinə görə, «oyunu dəyişib».

«Məsələnin həlli həm Türkiyə, həm də Kipr üçün digər imkanlar yarada bilər. Türkiyə bazarı Kiprin, Aİ bazarı isə türk kiprlilərin üzünə açıla bilər. Türkiyəyə enerji boru kəmərinin inşası mümkün ola bilər», - Füle deyib.

Aİ BMT-nin rəhbərlik etdiyi, yanvar ayında bərpa olunan danışıqlara dəstək ola bilər. Bundan əlavə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun şəxsi nümayəndəsi Pitervan Nuffel (Pietervan Nuffel) hər iki tərəfin Komissiyanın müqavilələrin qoruyucusu kimi ekspertizasından yararlanmağa fəal kömək edir. Həmçinin Füle vəd edib ki, Komissiya Kiprin türk icmasının danışıqların qərarını tətbiq etmək üçün hazırlıq prosesinə yardım etməkdə səylərini artıracaq.