vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
18:24 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaraçılara qarşı zorakılıq halları artır

Onların çoxu istilik və təmiz su olmayan düşərgələrdə yaşamağa məcburdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqının (Aİ) ən böyük milli azlığı olan qaraçılara qarşı cinayət və zorakılıq halları artmaqdadır. Bu barədə çərşənbə axşamı «Amnesty İnternational» məlumat verib.

«Son bir neçə ildə Avropanın həm qərbində, həm də şərqində qaraçılara qarşı zorakılıq hallarında nəzərə çarpacaq qədər artım müşahidə edilib», - London əsaslı hüquq müdafiəçi qrupları belə deyir.

«Amnesty İnternational» bildirir ki, polis qaraçılara qarşı edilən hücumların qarşısını almaqda çətinlik çəkir, eyni zamanda, onları tez-tez basqınlar və özbaşına həbslərlə narahat edirlər.

«Qaraçılara və qaraçı icmalarına polis, fərdi şəxslər və bəziləri sağçılardan ibarət olan qruplar tərəfindən edilən zorakılıq, narahatlıq və hədə-qorxular geniş yayılıb», - məlumatda bildirilir.

Hər il on minlərlə şəxs öz doğma evindən didərgin düşür. Onların çoxu istilik və təmiz su olmayan düşərgələrdə yaşamaq məcburiyyətində qalırlar.

Diskriminasiyaya məruz qalan, səhiyyə, təhsil, iş yerləri ilə təmin olunmayan qaraçılar irqi zorakılığın qurbanına çevrilirlər.

«Amnesty İnternational» hökumətlərin bu mövzuda kifayət qədər səy göstərmədiklərini bildirir.

Məlumatda Çexiya, Fransa və Yunanıstana da nəzər yetirilir.  Əvvəlki illərlə müqayisədə 2013-cü ildə Çexiyada anti-qaraçıların sayı artıb. Nümayişlərin çoxu iri və kiçik şəhərlərdə keçirilir. Təkcə avqustun 24-də 8 müxtəlif şəhərdə anti-qaraçı etirazçılar küçələrə axışmışdılar.

Fransada isə siyasi rəhbərlik neqativ stereotipləri möhkəmləndirir. Ötən sentyabrda Fransanın yeni baş naziri Manual Valls qaraçıların həyat tərzini «qəribə» adlandırmışdı. «Onlar Rumıniyaya, ya da Bolqarıstana qayıtmalıdırlar», - deyə o bildirmişdi.

Məlumata görə, fransız polisi minlərlə qaraçı ailəsini narahat edərək evlərindən didərgin saldı.

Polis tərəfindən hücumlar da qeydə alınıb. 2011-ci ildə fransız polisinin uşaqların yatdığı çadırların içərisinə gözyaşardıcı qazla müdaxilə etdiyi iddia olunur.

Ötən dekabrda Marseldə Fransa hökuməti 200 nəfəri öz ev-eşiyindən çıxartmışdı. Yalnız bir ailə mənzillə təmin edilmişdi.

Fransada 20,000-ə yaxın qaraçı yaşayır. Onların çoxu hədsiz yoxsulluqdan əziyyət çəkir. Lakin müşahidələr göstərir ki, fransızların təxminən 35 faizi ölkədə daha çox qaraçının yaşadığını düşünür.

Yunanıstan da öz növbəsində 250.000-350.000 qaraçıya ev sahibliyi edir. Onların çoxu tez-tez polis basqınları və özbaşına həbslərlə üzləşirlər.

Qeyd edək ki, 2013-cü ilin ilk 9 ayında polis ölkə ərazisindəki qaraçıların yaşayış sahələrində 1.131 reyd keçirmişdi. Reydlər zamanı 52,000-dən çox adam yoxlanılmış, 19,000-ə yaxın şəxs polis məntəqələrinə aparılmışdı. Onlardan da təqribən 1.300-ü həbs edilmişdi. Həbs edilənlər arasında yol hərəkəti qaydalarını pozanlar da var idi.

Bununla yanaşı, Aİ fondu milli hökumətlərin qaraçılarla inteqrasiya etməsinə yardım göstərə bilər. Lakin İsveç mediası yazır ki, qaraçılar bu vəsaitlərdən istifadə etmirlər.

İsveç polisi bildirir ki, Rumıniyadan olan qaraçıların çoxu İsveç küçələrində dilənçilik etməklə məşğuldur.

İki ölkə arasında qaraçı məsələsini həll etmək barədə gizli danışıqlar aparılsa da, bunun nəticəsi olmayıb.

Qeyd edək ki, İsveç Aİ-nin sosial fondlarının necə istifadə edildiyini müəyyənləşdirmək məqsədilə Buxarestə əməliyyat qrupu göndərmək istəyirdi, lakin Buxarest bu təklifi rədd etdi. İsveç mübahisənin həlli üçün Avropa Komissiyasından vasitəçilik etməsini xahiş edir.