vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BAZARLIQ  
09:34 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 6713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nübar meyvələr çıxıb - od qiymətinə

Satıcılar addımbaşı aldadır, xarici məhsullar yerli adıyla alıcıya sırınır

Röya RƏFİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxt bazarlarında artıq nübar meyvələr satılır. Bunlar əsasən alça və çiyələkdən ibarət olsa da, digər meyvələrə də az halda rast gəlmək olar. Həmçinin nübar tərəvəz məhsulları da satışda var. Əməkdaşımız paytaxtın bazarlarına baş çəkib və qiymətlə maraqlanıb. Burada alçanın qiyməti ölçüsündən asılı olaraq dəyişir.

Kiçik alçanın stəkanı 1 manatdır və armudu stəkanda satılır. Nisbətən böyük stəkanlarda isə 3 manata təklif edilir. Satıcılar bildirirlər ki, bir müddət əvvəl alçanın bir ədədi 10 manat idi: «İndi ucuzlaşıb, kilosu 16-18 manat edir». Bazarlarda əsasən göycə alça satılır. Satıcıların sözlərinə görə, kiloqramla alça alan tək hallardadır: «Ona görə stəkanlara töküb satırıq».

Çiyələyin kiloqramı isə 8 manatdan başlayır. Satışda əsasən Cəlilabad çiyələyidir. Kiçik qablara bölünən çiyələk iki manatdan başlayan qiymətlərlə təklif edilir. İki manata satılan qablarda cəmi 2 yüz qram çiyələk qoyulur. Bəzi satıcılar bu çiyələyin gübrə vasitəsilə yetişdirildiyini bildirir və yeyilməsini məsləhət görmürlər.

Bazarda həmçinin qarpız və yemiş də satılır. Kiçik, yarım kiloqram çəkisi olan yemiş 10 manatadır. Satıcı yerli yemiş olduğunu desə də, haradan gətirildiyini söyləməkdə çətinlik çəkir: «Yemiş də yerlidir, çiyələyi Şabrandan gətirmişik, gavalı da yerlidir». Satıcı üzümün də yerli olduğunu desə də, sonra fikrini dəyişir: «Türkiyənindir». Gavalının beş ədədi isə 5-6 manata satılır. Qarpızın kiloqramı 4 manat 50 qəpikdir və satışda əsasən 4-5 kiloqramlıq qarpızlardır. Bir neçə satıcı isə deyir ki, hazırda bazarda yerli qarpız-yemiş tapmaq mümkün deyil: «Hamısı xaricdən gətirilir, satıcılar çox zaman aldadır».

Bazarda təzə kartofun kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədərdir. Lobyanın kiloqramı da 3 manat 50 qəpiyə satılır. Satıcılar nübar meyvələrin satışının elə də yaxşı getmədiyini bildirirlər. («Yeni Müsavat»)