vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
19:24 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 3754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənə 30 dəqiqə ver…»

İnsanlar 20 ildir yaşadıqları binada özlərini işçi miqrant kimi aparırlar

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mənə 30 dəqiqə ver, bir də məndən ayrılmaq istəməyəcəksən». Yeddi yaşlı uşağın qarışıq, anlaşılmaz, dumanlı yaddaşı ilə xatırlamağa çalışıram. Həmin bina tikiləndə dayım deyirdi ki, yeni evlənən gənclərə, rayondan ali təhsil almaq üçün şəhərə gələnlərə həmin binada ev veriləcək. Mən də uşaq ağlı ilə yalnız tələbələrin, gənclərin yaşayacağı binanı xəyalımda canlandırmağa çalışırdım. Gözümün qabağına yay aylarında həyətdə skamyada gitara çalan qızlar və oğlanlar gəlirdi.

Bina doqquz mərtəbəli idi. Evimizdən bir küçə aşağıda tikintisi başlayan bina getdikcə gözümə sehrli görünürdü. Məhəlləmizdən uzaqlaşan kimi uşaqlarla yarımçıq tikilinin həyətinə qaçırdıq. Ətrafdan taxta qoxusu gəlirdi.

Elə də çox vaxt keçmədi. Bir neçə ay sonra tələbələr, gənclər üçün tikilən binaya gözlənilməyən sakinlər gəldi. İlk dəfə «qaçqın» kəlməsini eşitdik. Tikinti başa çatmamışdı. Oktyabr-noyabr aylarının yağışından, soyuğundan qorunmaq üçün yarımçıq evin sakinləri köhnə binaların giriş qapılarını binanın açıq qalan yerlərinə yamamaq üçün çıxarıb apardılar. Pəncərəsiz, qapısız evlər məcburi köçkünlərin yeganə sığınacaq yeri oldu. Tikinti dayandı. Taxta qoxusu gələn binadan sakinlərin bişirdiyi yeməklərin iyi gəlməyə başladı. Doqquzmərtəbəli bina uzaqdan nə evə oxşadı, nə də yarımçıq tikiliyə.

İyirmi il keçib. Bina dövlət tərəfindən dəfələrlə təmir edilib. Rənglənib, həyətinə yol çəkilib, ağaclar əkilib. Sakinləri də bir nəsil dəyişib. İyirmi il əvvəl Sumqayıta gələn məcburi köçkünlərin çoxu xəstəlikdən, şəraitsizlikdən, rütubətdən, gərginlikdən ya şəkərli diabetdən, ya da miakard infarktından dünyasını dəyişib. Həmin binada iyirmi il əvvəl söz verildiyi kimi gənc ailələr yaşayır – iyirmi il əvvəl Qarabağdan gələn beş-altı yaşlı uşaqlar. Bina yenə də ev deyil, yuva deyil. İnsanlar səksəkədədir. Sakindən çox özlərini işçi miqrant kimi aparırlar. Binanın fasadına hansı rəngi çəksələr də, «isinmir». Bütün evlərdə istilik sistemi olduğu halda sakinlərin canı qızmır.

Bu yaxınlarda əvvəllər «gənclik», hazırda «qaçqınlar» şəhəri olan Sumqayıtda yenə də o, bəxtsiz binanın yanından keçirdim. Nə taxta qoxusu, nə də yemək qoxusu gəlirdi. Mənə elə gəldi ki, yaddaşımın həmin binanın görüntüləri olan hissəsini kimsə ört-basdır etməyə çalışır. Biri yaddaşımın baş köşəsində oturub inandırmağa çalışır ki, bu bina məhz qaçqınlar üçün tikilib. Tələbələr, gənc ailələr haqda özüm uydurmuşam. Həmin «biri» kimdirsə məndən əvvəl bu, binanın sakinlərinin yaddaşını sıfırlayıb. Sumqayıt, qaçqınlıq həyatına qədər ki heç nəyi xatırlamırlar. Heç nə yadlarına gəlmir. Əvvəlki evləri üçün darıxan yoxdur. Ən pisi isə buradan «geri» getmək istəyən yoxdur.

İki gün öncə bir filmə baxdım: «Berlində bir qadın». Yarı ukraynalı, yarı alman, ixtisasca jurnalist qadın müharibənin son aylarında Berlində ən ağır günlərini yaşayır. Gözəgəlimli olduğuna görə, Berlinə girmiş rus qoşunlarının əsgərləri zorlamaq üçün dəfələrlə onu seçir. Qadın bu qədər faciənin, aclığın, vəhşiliyin içində rus komandiri sevməyə vaxt tapır. Film boyu hadisələr, hətta müharibə də sanki, bu qadının ətrafında cərəyan edir. Mübarizə apara bilmək üçün ərinin vaxtı ilə onunla tanış olarkən dediyi ilk cümləni xatırlayır:»Mənə 30 dəqiqə ver, bir də məndən ayrılmaq istəməyəcəksən». Qadın ərinin xiffətini çəkmir. Məsələ burasındadır ki, qadın bir insanın 30 dəqiqədə hər şeyi əbədilik dəyişdirə biləcəyinə inanır və ya inanmaq istəyir.

«Berlində bir qadın»ın müəllifi məlum deyil. Hətta ölümündən sonra da müəllif nifrət obyekti olduğu üçün gizli saxlanıldı. Lakin rus işğalından Berlinin cəmi 30 dəqiqədə xilas ola biləcəyinə ümid edənlərin sayı azalmadı.

İyirmi il keçdi. Biz 30 dəqiqədə mümkün ola biləcək möcüzələr istəmədik. Amma iyirmi ildə başqa xalqların möcüzə-faciə kimi qəbul edəcəyi işğalla barışmaq «qabiliyyətimizlə» dünyanı şoka saldıq.

P.S: Yarımçıq bina çoxdan tikilib başa çatıb. İyirmi ildən sonra bina aşmaq təhlükəsi ilə üz-üzə qalıb. Cəmi 30 dəqiqə hər şeyi dəyişə bilər. Bəlkə də… (ayna.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)