vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:17 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 1751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qorbaçovun həbsi tələb olundu

Duma üzvləri baş prokurora müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib.

Vaxt.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, deputatlar müraciətdə bildirirlər ki, SSRİ vətəndaşları keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunmasını dəstəkləsə də, o dövrkü hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb oldu.

Dövlət Dumasının bir qrup millət vəkili Mixail Qorbaçova qarşı cinayət işinin açılmasını tələb ediblər.

Baş Prokurorluğa göndərilən müraciət həmçinin qeyd olunur ki, 4 noyabr 1991-ci ildə SSRİ Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən dövlət təhlükəsizliyi haqqında qanunların icrasına nəzarət İdarəsi prezident Qorbaçova qarşı cinayət işi açıb. Lakin bir gün sonra, Sovet rəhbərinin təzyiqi altında, SSRİ Baş Prokurorluğu cinayət işinin açılması barədə qərarı ləğv edib.

Deputatların fikrincə, SSRİ-nin dağılması son 23 ildə ən aktual məsələlərdən biridir.