vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
09:37 | 12 aprel 2014 | Şənbə Məqaləyə 3015 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəbəkə parollarınızı dəyişin!

Məlumatların şifrələnməsi üçün istifadə olunan proqramlarda boşluqlar varmış

MÖVZU İLƏ ƏLAQƏLİ

İnternet tarixinin ən böyük təhlükəsi aşkar edilib. Şəbəkə üzrə məlumatların ötürülməsinin şifrələnməsi üçün geniş istifadə olunan proqram təminatında boşluq olduğu ortaya çıxıb. (ansperss)

Bu boşluq Gmail və Facebook kimi məşhur veb-saytları və xidmətləri də əhatə edir. Yeni aşkar olunmuş boşluq vasitəsi ilə kimsə sizin məxfi informasiyanızı sakitcə oğurlaya bilər. Ekspertlər internet istifadəçilərinə hər ehtimala qarşı poçt, sosial şəbəkələr və başqa xidmətlərdə olan parollarını dəyişməyi məsləhət görürlər.

OpenSSL-də aşkar edilən bu boşluq «Heartbleed» adlandırılıb. O, saytların əksəriyyətiylə istifadə olunur. Mütəxəssislərin fikrincə bu boşluq iki ildən bu yana yaranıb. Boşluğun mütləq təsir etdiyi saytlar arasında Yahoo ilk pilləni tutur. Görünür ki, Google, Facebook və Dropbox bu problemdən artıq yaxa qurtarmağı bacarıb. 
Parolunuzu dəyişməyinin mütləq lazım olduğu saytlar bunlardır:

1. Facebook
2. Tubmblr
3. Google
4. Yahoo
5.Gmail
6.Yahoo Mail
7.Amazon Web Services
8. Dropbox
9. LastPass
10. OKCupid
11. SoundCloud
12.Wunderlist