vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:09 | 12 aprel 2014 | Şənbə Məqaləyə 1771 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan erməniləri müharibəyə çağırdı

«Kim vuruşmaq istəyir, getsin sərhəd bölgələrinə, gənc əsgərlərlə bir yerdə xidmət etsin»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyan Suriyada döyüşən ermənilərdən danışıb. (modern.az)

Dövlət başçısı Suriyada gedən vətəndaş müharibəsində ermənilərin tərəf kimi iştirak etməsi ilə bağlı məsələlərə toxunub. O, Ermənistandan silahlı dəstələrin Suriya ermənilərinə kömək məqsədi ilə bu ölkəyə yollanması ilə bağlı mətbuatda yazılanları dolayı yolla təsdiqləyib. Erməni prezidentin sözlərinə görə, bu cür hallar Ermənistanın təhlükəsizliyinə və maraqlarına təhdiddir. «Ermənilərin tərəf olması düzgün deyil. Hətta Suriyada yaşayan ermənilər də vətəndaş müharibəsində tərəf olmalı deyillər. Kim vuruşmaq istəyir, getsin sərhəd bölgələrinə, gənc əsgərlərlə bir yerdə xidmət etsin», - deyə S.Sərkisyan bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı bölgələrində və Ermənistanın özündə yaşayan ermənilərin Suriyada yaşayan soydaşlarını qorumaq məqsədi ilə ora getdikləri haqqında xəbərlər yayılıb. Qarabağdakı separatçı rejim isə deyilənləri təkzib etsə də bununla özlərini ifşa etmiş oldu. Belə ki, Ermənistanın «Jovoxurd» qəzeti qondarma qurumun «parlamentinin deputatı», Qarabağ müharibəsində iştirak etmiş Vahan Badasyan adlı şəxsin Kəsab ermənilərinə dəstək vermək məqsədi ilə Suriyaya getdiyini yazıb.