vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
18:03 | 13 aprel 2014 | Bazar Məqaləyə 2972 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Android»lərə yeni servis

Verify Apps-da boşluqlar həddən artıq, Virus Shield antivirusu isə saxtadır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Google» şirkəti smartfon və planşet kompüterlərdə əlavələri mütəmadi yoxlayacaq yeni servisi işə salmaq niyyətindədir. Hazırda proqramları yalnız quraşdırılma zamanı skan etmək mümkündür.

Vaxt.az ICTnews-a istinadən bildirir ki, «Google» Verify Apps funksiyasının ən etibarlı hesab edilməsinə baxmayaraq, Android əməliyyat sistemində zərərli proqramlar üçün boşluqlar daha çox aşkar olunur. Belə ki, virusların 97 faizindən çoxu məhz bu sistemin payına düşür. Bundan başqa, qısa müddət ərzində istifadəçilər arasında populyarlıq qazanan son Virus Shield pullu antivirus əlavəsi də saxta çıxıb.

AVAST şirkətinin mütəxəssisləri «Google Play» əlavələr mağazasında istifadəçilərin pulunu oğurlayan Camara Vision Nocturna adlı zərərli proqram aşkarlayıblar. Bildirilir ki, proqram vasitəsilə qaranlıq yerdə işıqlandırıcı olmadan və gecə diqqət çəkmədən şəkillər çəkmək mümkündür. Əslində isə əlavə ödənişli SMS-bildirişlərdə qeydə alınaraq hesabdan pul çıxarır.

«Google» bəyan edir ki, zərərli proqramların yalnız bir faizi Verify Apps təhlükəsizlik sistemini keçmək imkanına malikdir. Lakin şirkətdə güman edirlər ki, bu, yetərli deyil. Çünki Google bu rəqəmi sıfıra endirmək və Androidi daha təhlükəsiz sistemə çevirmək niyyətindədir.

Mütəxəssislərin fikrincə, yeni servisin antivirus bazasının daima çoxalması səbəbindən o, ilkin yoxlama zamanı tanımadığı virusları aşkar edə biləcək.

ABŞ internet şirkəti olan «Google» bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda «Google» dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.

Şirkət axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar «YouTube» videohostinqinin sahibidir, «Gmail» poçt servisi və «Google+» sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.