

Ermənistanda hakimiyyətdə demokrat yox, əsl daşnak qərar tutub ...
Prezident İlham Əliyev təlimat verə bilər
Rusiyaya məxsus gəmi Kerç boğzaından keçməyə qoymurmuş
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
... Yaxud Gürcüstanda, Ukraynada və Moldovadakı sinxron proseslər
Zelenski gələcək baş nazir haqda
O, Moskvanı məğlub edə bilərmi?
Gürcüstanda hansı savaş gedir?
Ukrayna ordusu yeni mövqelər ələ keçirib
25 mindən çox imza toplanıb
NATO-ya və AB-yə üzvlüklə bağlı
Saakaşvili: “Poroşenko məndən tələb edirdi ki…”
Zelenskiyə sərt mesaj
Saakaşviliyə Ukrayna vətəndaşlığı qaytarıldı
Putin Saakaşvilini müdafiə etdi
Paşinyan Zelenskiyə Putinlə dil tapmağın yolunu öyrədir
Timoşenko Rus işğalına qarşı ümummilli müqavimətə çağırdı. O hesab edir ki, bu ümummilli müqavimətin təşkilinin vaxtı çatıb.
«Hörmətli həmvətənlər, bu gün vətənimiz ölümcül təhlükə qarşısında qalıb. Xarici təcavüz səbəbindən Ukrayna öz dövlət müstəqilliyini və suverenliyini itirməyin astanasındadır. Söhbət artıq Ukraynanın daxili işlərinə müdaxilədən deyil, ölkəmizin işğalına cəhddən gedir. Şərqdə ukraynalı separatçılar yox, yaxşı təlim görmüş rusiyalı diversantlar fəaliyyət göstərir. Gəlin, açıq danışaq: faktiki olaraq Ukraynaya müharibə elan olunub». APA-nın «Censor.net» saytına istinadən verdiyi məlumata görə, bu sözləri hazırda hakimiyyətdə olan «Batkivşina» (Vətən) Partiyasının lideri Yuliya Timoşenko Ukrayna xalqına müraciətində deyib.
Timoşenko qeyd edib ki, son ana qədər böhranın sülh yolu ilə həllinə əmin olub, lakin artıq bu şans itirilib: «Biz onları dayandırmasaq, onlar dayanmayacaq. Bu gün yəqin ki, Ukraynanın 23 illik müstəqillik dövrünün ən ağır günüdür. Artıq qərar qəbul etməyin vaxtı çatıb. Təcavüzkarı barışığa çağırmaq əbəsdir. Ona görə də mən, Ukraynanın ən iri siyasi partiyalarından birinin lideri kimi, Ukrayna Silahlı Qüvvələrini cəlb etməklə qətiyyətli antiterror əməliyyatının keçirilməsini dəstəkləyirəm. Bütün mümkün vasitələrlə, o cümlədən ümumi səfərbərlik keçirməklə rus işğalçılarına qarşı ümummilli müqavimətin təşkilini elan etməyin zamanı yetişib. Biz dünyaya sübut etməliyik ki, özümüzü müdafiə edə bilirik. Onda dünya da bizə kömək edəcək. Mən Qərb dövlətlərinin liderlərini Rusiya dövlətinə qarşı sanksiyaların üçüncü mərhələsini tətbiq etməyə çağırıram. Mən həmçinin dünya liderlərindən öz azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına hərbi kömək göstərilməsini xahiş edirəm».
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək