vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
11:16 | 15 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2333 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Barrozodan müjdə

Gürcüstan və Moldovaya investisiya cəlb olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun 12 və 13 iyun tarixlərində Gürcüstan və Moldovaya edəcəyi səfər münasibətilə həmin ölkələrdə investisiya konfransları keçiriləcək. Bu barədə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) məlumat verir.

Aİ iyun ayından gec olmayaraq Gürcüstan və Moldova ilə dərin və müfəssəl azad ticarət razılaşmaları da daxil olmaqla Assosiasiya Müqavilələri imzalamağı planlaşdırır.

EEAS-ın məlumatına görə, konfranslarda əsas diqqət Moldova və Gürcüstanda biznes fəaliyyəti və investisiyaya yönələcək. Dərin və müfəssəl azad ticarət razılaşmaları istiqamətində də müzakirələr baş tutacaq. Qurum həmçinin konfransların investor və investisiya etmək istəyənlər üçün cəlbedici olacağını deyir.