vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
17:04 | 15 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2896 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əşi nə nurçu?»

Deputatın icra başçısının müavini olan atası evlərinin şəklini çəkəni söydü

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin deputatı Ceyhun Osmanlının atası, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Yunis Osmanlı evlərindən nurçuların istifadə edilməsi ilə bağlı xəbərə münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında deyib ki, məsələdən xəbərdardır: «Hansısa bir ağlı başında olmayan adam evin şəkillərini çəkərək, sosial şəbəkələrdə paylaşıb və ağzına gələni yazıb». 

O bildirib ki, Ağdaş rayonunun Kükəl kəndində yerləşən bağ evi doğrudan da onlara məxsusdur: «Bəli bu ev mənim adımadır. Bunu yazan və şəkilləri çəkəni tanıyırıq, xəstə adamdır». Y.Osmanlı bağ evində nurçuların dərsxana kimi istifadə etmələrinə dair xəbərə isə belə aydınlıq gətirib: «Əşi nə nurçu? O nə deməkdir? Mən hələ də bu söhbəti və bu nurçu məsələsini başa düşə bilmirəm».

Qeyd edək ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov deputat Ceyhun Osmanlının atası Yunis Osmanlıya məxsus bağ evinin fotolarını paylaşıb. T. Xasməmmədov «Facebook» hesabında fotolarla yanaşı ilginc informasiya da yerləşdirib. Belə ki, o, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Yunis Osmanlıya məxsus Ağdaş rayonunun Kükəl kəndində yerləşən bağ evindən nurçuların dərsxana kimi istifadə etdiklərini qeyd edib.