vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ASİYA  
12:15 | 1 dekabr 2012 | Şənbə Məqaləyə 1913 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sədrlik Belarusa keçəcək

MDB dövlət başçıları Aşqabadda toplaşacaqlar

APA

Dekabrın 5-də Aşqabad şəhərində MDB ölkələri dövlət başçılarının növbəti toplantısı keçiriləcək. APA-nın xəbərinə görə, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə keçiriləcək sammitin gündəminə iqtisadi, regional və humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, təhlükəsizliyin təmin olunması və digər istiqamətlərə dair 20-yə yaxın sənəd daxil edilib. MDB dövlət başçıları ticarət-iqtisadi, valyuta, mədəniyyət, ekologiya və təhlükəsizlik məsələlərini, eləcə də Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə hazırlığı müzakirə edəcək, qarşılıqlı maraq doğuran beynəlxalq problemlər haqqında fikir mübadiləsi aparacaq, MDB Parlament Assambleyasının fəaliyyətinə dair informasiya dinləyəcəklər.

2013-cü il üçün MDB-də sədrlik Belarusa keçəcək.
Sammit ərəfəsində dekabrın 4-də Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının iclası olacaq.