vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
17:20 | 16 aprel 2014 | Çərşənbə Məqaləyə 2226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aİ üçün Krım-Fələstin analogiyası

Rusiya düşünür ki, investorları yarımadaya cəlb etmək üçün 6 il vergi güzəştləri tətbiq etsin

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Komissiyası Rusiya tərəfindən işğal edilən Krımla bağlı iqtisadi və ticari sanksiyalar üçün təklifləri yekunlaşdırmaq üzrədir. Diplomatların «EurActiv»ə verdiyi məlumata görə, üzv ölkələrin tezliklə qərara gəlməsi gözlənilir.

Aprelin 14-də keçirilən iclasda Avropa İttifaqı (Aİ) nazirləri bildiriblər ki, Komissiyanın Rusiyanın Krımı işğal etməsinin hüquqi baxımdan qiymətləndirməsini gözləyirlər. Bununla bağlı müvafiq iqtisadi, ticarət və maliyyə məsələlərində məhdudiyyətlərin tətbiq edilməsi gözlənilir.

Aİ diplomatlarının fikrincə, Krım 1967-ci ildə İsrailin zəbt etdiyi Fələstin torpaqları kimi işğal olunmuş ərazidir.

Diplomatların sözlərinə görə, ticarətlə bağlı işğal olunmuş Fələstin əraziləri üçün tətbiq olunan məhdudiyyətlər həyata keçiriləcək.

Qərb-bank, Qəzza zolağı, Şərqi Yerusəlim və Qolan təpələrindəki İsrail yaşayış məntəqələrində istehsal edilən məhsullar Aİ-İsrail Assosiasiya Müqaviləsinə əsasən güzəştli tarifdən fayda əldə etməyəcək.

Turizmə gəldikdə, böyük ehtimalla Aİ təyyarələri Krıma uçmayacaq və onun ərazisindən keçməyəcək. Həmçinin İttifaqın gəmiləri də yarımadanın limanına gəlməyəcəklər. Faktiki olaraq, Aİ tərəfindən Krım üzərindən uçuşlar Ukrayna yarımadanın hava məkanı üzərində nəzarəti itirəndən bəri dayandırılıb.

Aİ-nin tədbirləri İttifaqın Krımın Rusiyaya birləşməsi məsələsilə razılaşmadığını bildirmək məqsədi daşıyır. Bundan başqa, Aİ Rusiyanın Krımı «xüsusi iqtisadi zona», vergi sığınacağı, turist düşərgəsi və ya Kremlin yarımada üçün qurduğu digər planlara uyğun olaraq təqdim etməsinə kömək etmək niyyətində deyil.

Avropa Komissiyası həmçinin üzv dövlətlərin bəzilərinin Rusiyanın təkliflərinə aldanaraq bizneslə məşğul olmasından və ya İttifaqın işğal edilmiş hesab etdiyi ərazi üzərindən müntəzəm uçuşlar həyata keçirməsindən uzaq olmaq fikrindədir.

Krımla bağlı məhdudiyyətlər Krım böhranını daha kəskinləşdirdiyi təqdirdə, Rusiya iqtisadiyyatına zərbə vurması gözlənilən «sanksiyaların üçüncü mərhələsi» ilə əlaqəli deyil. Çexiyanın xarici işlər naziri Lubomr Zaorlek (Lubomír Zaorále) bu yaxınlarda bildirmişdi ki, Rusiya Ukraynanın sərhəddini aşarsa, yeni sanksiyalar tətbiq ediləcək.

Rusiya artıq qərar verib ki, Krıma azı 6 il üçün vergi güzəştləri tətbiq edilməlidir və böyük investorlar da bir çox güzəştlərlə təmin ediləcəklər. İdeyalardan biri də yarımadanı «Avropanın Las Veqası»na çevirməkdir. Burada Soçi Olimpiadası üçün istifadə edilən tikinti-inşaat potensialı sayəsində nəhəng kazino sənayesi yaratmaq variantlardan biridir.

Rusiya şirkətləri həmçinin işçiləri Türkiyə və Kipr kimi ənənəvi yerlərin əvəzinə, Krıma tətilə göndərmək üçün Kremlə müraciət ediblər. 2012-ci ildə Krıma 6 milyon turist gəlmişdi. Onlardan 4 milyonunu ukraynalılar təşkil edirdi. Bu il turistlərin sayında ciddi azalma olacağı proqnozlaşdırılır.

Komissiyanın təklifləri hələ ilkin mərhələdədir və gələn həftə keçirilmə ehtimalı olan təcili Aİ sammiti vasitəsilə qəbul edilə bilər.

Eyni zamanda, viza qadağası qoyulan və aktivləri dondurulan dörd ukraynalı rəsminin adı məlum olub. Onlar keçmiş prezident Viktor Yanukoviç ölkəni tərk etməzdən öncə cəmi bir ay baş nazir vəzifəsini icra edən Sergey Abruzov, Yuri İvanyuşçeko, Yanukoviçin regionlar partiyasından deputat Aleksandr Klimenko və enerji məsələləri üzrə keçmiş nazir Edvard Stavitskidir.