vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
12:00 | 18 aprel 2014 | Cümə Məqaləyə 3110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

XX əsrin ən yaxşı əsərini hiss et!

Freyd ədəbiyyatının pik nöqtəsi - «Yuxuların yozumu» Azərbaycan dilində

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qanun» nəşriyyatı dünyanın ən məşhur əsərlərindən biri «Yuxuların yozumu»nu çap edərək oxucuların ixtiyarına buraxıb. Ziqmund Freydin bu məşhur kitabı dəfələrlə nəşr olunduğu üçün haqlı olaraq XX yüzilin ən məşhur bestsellerlərindən biri hesab olunur.

«Yuxuların yozumu» - böyük Avstriya alimi, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freydin ədəbiyyatının zirvəsidir. İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil etmişdir. Onun nəzəriyyəsinə görə yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir. Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək, yuxugörmə, gündüz xəyalları və s. kimi hallarda onlara qalib gəlir. Ona görə də, yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar.

Əsərin tərcümə edən Nadir Qocabəylidir.