vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ƏDƏBİYYAT  
10:56 | 22 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 5680 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qadın kimi davran, kişi kimi düşün»

«New York Times»ın ən yaxşı bestseller saydığı məşhur kitab Azərbaycan dilində

DUYĞU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qanun» nəşriyyatı dünyanın ən çox oxunan kitablarından birini tərcümə edib. Bu əvvələr boksçu, sığorta agenti, yumorçu, aktyor fəaliyyətləri ilə məşğul olan, son illərsə yazıçılıq sahəsində özünü sınayan amerikalı Stive Harvinin (Steae Harvey) «Qadın kimi davran, kişi kimi düşün» əsəridir. Bu kitab çox az müddət ərzində o qədər məşhurlaşıb ki, dünyanın bir çox dillərinə tərcümə edilib. ABŞ-ın «New York Times» qəzeti əsəri müasir nəşrlər arasında bir nömrəli bestseller adlandırıb.

Qısa olaraq deyə bilərik ki, kitab kişi-qadın psixologiyasından bəhs edir. Nə üçün, hətta ən ağıllı, uğurlu və cazibədar qadınlar belə kişilərin hərəkətlərini anlaya bilmirlər və şəxsi həyatlarında xoşbəxt deyillər? Amerikada qarşılıqlı münasibətlərdən bəhs edən çox məşhur radio verilişinin aparıcısı olan kitabın müəllifinin fikrincə, problem ondadır ki, qadınlar məsləhət üçün digər qadınlara müraciət edirlər...

Stiv Harvi bu kitabda bir çox vaxtı çatmış məsələlərə aydınlıq gətirməklə güclü cinsin nümayəndələrinin nə düşündüklərini anlamağa imkan yaradır. Məsələn, «Siz öz kişinizdən nəyi tələb etməlisiniz, nəyi isə tələb edə bilməzsiniz?», «Ana uşağını necə tanımaq olar və bu halda nə etmək lazımdır?», «Öz kavalerini uşaqlarınla nə vaxt tanış edə bilərsən?», «Kişinin fikrinin ciddiliyini müəyyən etmək üçün ona hansı beş sualı vermək lazımdır?»

Kişilərin qadınlar barəsində nə fikirləşdiklərini bilmək istəyirsinizsə əyləncəli, bəzi hissələri isə çox ciddi olan, yalnız həqiqətin yazıldığı bu kitabı oxumaq lazımdır.

Əsəri tərcümə edən Müqəddəs Şahbazovdur.