vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MUSİQİ  
10:39 | 6 may 2014 | Çərşənbə axşamı Məqaləyə 2836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Eurovision»a maraq niyə azalıb?

Murad Arif: «Əvvəllər bu müsabiqə bizim üçün yenilik idi və əlçatmaz görünürdü»

Günel MANAFLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 4-də «Eurovision-2014»ün açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutub. Müsabiqədə iştirak edən 37 ölkənin təmsilçiləri ənənəvi olar qırmızı xalça üzərindən keçərək arenaya daxil olublar. Kopenhagen şəhərinin tarixi meriya binasına aparan qırmızı xalı üzərinə ilk olaraq sonuncu «Eurovision» qalibi Emili de Forest çıxıb. Ondan sonra yarışmada iştirak edən 37 iştirakçı ölkənin nümayəndələri qırmızı xalı üzərindən keçiblər. İsveç, Macarıstan və İsrail builki müsabiqənin favoritləri sayılır.

Qeyd edək ki, mahnı müsabiqəsi «Join us» - «bizə qoşul»  devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq. Azərbaycanı builki «Eurovision» mahnı müsabiqəsində Dilarə Kazımova «Start a fire» mahnısı ilə təmsil edir. O, birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən, hər bir yarımfinaldan finala ən çox səs toplayan  10 iştirakçı keçəcək. Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.

Maraqlı bir məqam var ki, «Eurovision» mahnı müsabiqəsinə əvvəlki illərdə olduğu kimi maraq və əhəmiyyət kəsb etmir. Əvvəlki illərdə hər kəs bu mahnı müsabiqəsinin başlayacağı günü səbirsizliklə gözləyir, həyəcanla izləyirdisə, indi buna maraq göstərənlərin sayı azalıb. Maraqlıdır, «Eurovision» mahnı müsabiqəsinin ölkəmizdə öz əhəmiyyətini itirməsinin səbəbi nədir?

Milli seçim turunun final mərhələsinin münsiflər heyətinin tərkibində olmuş prodüser, bəstəkar Murad Arif «Eurovision»a qarşı artıq əvvəlki hisslərin qalmadığını dedi: «Vaxtilə «Eurovision» mahnı müsabiqəsinə həvəslə yanaşırdıq. Çünki əvvəllər bu müsabiqə bizim üçün yenilik idi və əlçatmaz görünürdü. İndi isə bu hisslər, eksklüzivlik sovuşub. Biz «Eurovision» mahnı müsabiqəsində həm iştirak etdik, həm qalib olduq, həm də ki, vətənimizdə keçirdik. Daha nə üçün özümüzü öldürəsiyik ki?! Hazırda bizi «Eurovision-2014»də «Start a fire» mahnısı ilə təmsil edən Dilarə Kazımova onluqdadır. Biz ilk beşlikdə də ola bilərik. Ən azından Dilarə buna layiqdir. Zamanla neçənci yerdə olacağımızı görəcəyik».

Qeyd edək ki, Azərbaycanı təmsil edən Dilarə Kazımova APA-ya müsahibəsində özünə çox güvəndiyini və Azərbaycanın yenidən qalib olma şansının olduğunu deyib. (musavat.com)