vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TEXNİKA  
20:07 | 6 may 2014 | Çərşənbə axşamı Məqaləyə 2854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

HTC smartfonlarının reytinq davası

Mobil telefon bazarında qızğın mübarizə

MÖVZU İLƏ ƏLAQƏLİ

Koreyalı «Samsung» və yaponiyalı «Sony»dən sonra, tayvanlı şirkət HTC-də öz flaqman smartfonun yenilədi. Bir vaxtlar bu istehsalçı dünyanın aparıcı smartfon istehsalçılarından biri idi, lakin şirkətin hazırkı bazar payını nəzərə alsaq, deyə bilərik ki, bu gün Tayvan şirkəti öz mövqeyini əldən verib. Lakin, HTC üzdə olmaq və liderlərdən geri qalmamaq üçün, durmadan çalışmağa davam edir. Bir ara şirkət yeni smartfonlar xətlərini artırmağa «stop» dedi və bütün gücü bir smartfon üzərinə yönəldib bazara çox cəlbedici məhsul təqdim etdi – «HTC One» (M8). Başlayaq!

 

Xarici görünüş və istifadə rahatlığı:

Xatırladaq ki, Samsung Galaxy S seriyasından növbəti modelin ölçüsü artıb, İndi də görürük ki, eyni bir dəyişikliyə yenilənmiş model «HTC One» məruz qalıb. Smartfon xeyli böyüyüb (146,4 x 70,6 x 9,4), lakin kənarların dairəvi olduğu üçün, cihazın böyüməsi o qədər hiss olunmur. Hər halda, bu cihazın ölçüsünün artması daha haqlıdır nəyin ki koreyalı flaqmanın, çünki yenilənmiş «HTC One»un ekranı 4,7-dən – 5 düymə kimi artmışdır.  Lakin buna baxmayaraq, cihazın yan çərçivəsi kifayət qədər nazik deyil, ekranın altında istifadəsiz qalan qara ərazidə isə şirkətin loqosundan başqa heç nə yoxdur (öncəki flaqmanda, bu hissədə işlək sensor düymələr yerləşirdi). Əgər bu hissə olmasaydı, smartfon daha cəlbedici və kiçik ölçülü ola bilərdi. Lakin, bu baş vermədi və yeni «HTC One» (M8) onun sələfindən daha uzun alınıb.

Buna baxmayaraq, smartfonun formaları rasional hamar və dairəvi olduğu üçün əldə çox rahat oturur, amma bu cihaz üçün onun çəkisi bir az çoxdur - 160 q. Hər halda cihaz böyük və sanballı görünür.

Materialdan danışaq:  Birincisi, yeni «HTC One»un çərçivəsi demək olar ki, tamamilə alüminiumdan hazırlanıb, kənarlarında heç bir plastik əlavələr yoxdur, yalnız antena olan hissədə plastikdən çəkilmiş xətlər. Yəni  ki, burada yalnız alüminium, plastikdən çəkilmiş iki xətt və Gorilla Glass 3 şüşəsi var. İkincisi, cihaz çox yüksək və keyfiyyətli şəkildə yığılıb: çox gözəl görülmüş iş, tozun dola biləcəyi üçün heç bir boşluq yoxdur, çox yüksək keyfiyyət. Üçüncüsü, korpus üçün seçilmiş rənglər əladır və metalın üst hissəsi gözəl hazırlanıb. Rənglər  tünd-boz və açıq-gümüş. Qızıl HTC One bir az sonra olacaq.

Cihaz barədə ümumi təəssürat insanlarda smartfonu ilk dəfə ələ götürəndən sonra formalaşır. Bu anda «HTC One» barədə yeganə deyiləcək söz – «WooW»! Ümumiyyətlə dizayn, material və ümumi yığılma keyfiyyəti - bunlar yeni «HTC One»u satmaq üçün kömək edən amillərdir.

 

Platforma və yaddaş:

Yeni HTC One platforması 2.3 GHz ilə dörd nüvəli Qualcomm Snapdragon 801 üzərində qurulub, 16 və ya 32 GB daxili yaddaş, RAM 2 GB. Yaddaş kartı - microSD üçün «slot» var (128 Gb-a kimi).

Yaddaş kartı üçün slot - smartfonun sağ hissəsində yerləşir, NanoSİM üçün isə sol tərəfində. Sim kart üçün nəzərdə tutulan «slot»un ölçülərin nəzərə alsaq, təxmin edə bilərik ki, şirkət tezliklə smartfonun Dual Sim versiyasını təqdim edəcək.

 

Ekran:

«HTC One» (M8)də 1920×1080 pikselli 5»-lük Gorilla Glass 3 ilə mühafizə olunan ekran quraşdırılıb. Bu mövzuda qeyd etməyə başqa bir şey yoxdur, əlavə olaraq - cihaza keyfiyyətli ekran quraşdırılıb, çoxlu parlaqlıq ehtiyatı və təbii rənglər var. Ekran əlcəklər və stilus  ilə idarə edilə bilər.

 

Kamera:

Əvvəlki flaqmanlar kimi bu cihazda 4 meqapikselli (mpks) kamera ilə təchiz edilib və HTC One (M8) kamerası haqqında bunu bilmək mütləq lazımdır. Əslində, smartfonda iki kamera var (4 mpks + 2 mpks) - əsas kamera, onun şirkəti HTC UltraPixel adlandırır: backlit matrix, piksel ölçüsü 2.0 micrometer, sensor ölçüsü 1/3», f/2.0 diyafram, 28 mm-lik linzalara malikdir. Əlavə kamera isə, belə desək - səhnə arxasındakı əlavə məlumatı toplamaq üçündür, hətta şəkil çəkdikdən sonra əsas fokusu dəyişmək imkanı verir.

Kameralar ikisi birlikdə - HTC Duo Camera  adlanır və şirkətin sözlərinə görə, istifadəçiyə foto ilə işləmək üçün bir çox yeni xüsusiyyət və funksiyalar təklif edir. Təcrübədə, funksional baxımından HTC kameranın imkanları barədə deyilənlər tam doğrudur. Cihazda 5 meqapikselli ön kamera da var.

 

Səs:

İstənilən smartfon ilə müqayisədə bu cihaza iki ədəd çox yüksək keyfiyyətli dinamik yerləşdirilib, HTC «BoomSound» texnologiyası təmiz və yüksək səsə malikdir. «Samsung», «LG» və «Sony» şirkətlərinin yeni flaqmanlarında səs mövzusu baxımından yeni bir şey təklif etmədiklərin nəzərə alsaq, bu parametrlərdə «HTC One» (M8) yenə tək lider olacaq.

 

«Keys HTC Dot View»:

Yeni flaqman ilə birlikdə, şirkət eləcədə yeni üz örtüyü təqdim etdi - «Dot View». Keysin əsas üstünlüyü onun xarici görkəmidir, bu, balaca deşiklər ilə perforasiya olunmuş ön örtük və plastikdən hazırlanmış arxa hissədir. Ən əsası isə, piksel elementləri şəklində ekrana gələn bildirişlərdir, onlardan: saat və hava, yeni mesajlar haqqında məlumat, e-mail, gələn zəngləri görə bilərsiniz. Mənim zövqümə görə bu çox qeyri-adi və maraqlı görünür.

 

Batareya gücü:

Şirkət bu istiqamətdə çox iş görüb və ən mühüm yeniliklərdən birin hazırlayıb. HTC-nin təmsilçilərinin sözlərinə görə, yeni flaqmanın işləmə vaxtı  yalnız batareya tutumuna görə artmayıb (bu il - 2600 mAh ötən ilki model - 2300 mAh). Klassik enerji qənaəti rejimindən əlavə, yeni - Extreme Power Saving rejimi hazırlanıb. Bu modda, mobil zənglər  və mobil internet (yalnız mail proqramları üçün işləyir) istisna olmaqla, bütün interfeyslər sönür. Yalnız bir neçə proqramdan istifadə etmək olur - telefon, mətn mesajları, kalkulyator və daha bir neçə . Batareya 100 faiz dolu olarsa - zənglər, mətn mesajları və elektron poçtdan istifadə edərkən cihaz bu rejimdə 14 gün işləyə bilər.

 

Nəticə:

HTC-də cihazın xarici ilə bağlı nə varsa, hər şey çox gözəl alınır - dizayn, çərçivə materialları, yığılma. Bu komponentlər sayəsində yeni «HTC One» insanda müsbət təəssürat yaradır. Digər istehsalçılar proqramı yaxşılaşdırmaq, yaddaşı artırmaq, nüvə sayını çoxaltmaq üçün çalışırkən, HTC gözəl görünüşlü və möhtəşəm smartfon hazırlayır. «HTC One»a qarşı yaranan münasibətdə bu əsas seqmentlərdən biridir, bundan əlavə isə bu smartfonda əla displey, əla dinamiklər, səliqəli və proqram məbləği ilə yüklənməmiş, əlavə funksiyalı interfeys var. Son qərarı isə, yenə də sizdədir əziz oxucu və alıcılar. Alıcılar demişkən, cihazı ölkənin ən böyük pərakəndə satış mağazalarından - 799 AZN qiymətinə əldə edə bilərsiniz (qiymət 09.04.2014 tarixinə görədir).

Bu günlük bizdən bu qədər, Sizin fikirlərinizi oxumaq maraqlı olardı.