vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TÜRK DÜNYASI  
15:33 | 13 may 2014 | Çərşənbə axşamı Məqaləyə 2625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycandan Türkiyəyə etiraz məktubu

Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin «Sabah» qəzetinin 6 may tarixli sayında dərc olunmuş bir xəbərdə «Çırpınırdın Qara dəniz» mahnısının erməni əsilli Sayat Nova adlı xalq ozanına məxsus olduğuna dair iddiaları ilə bağlı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə də müraciət edib.

AzVisionaz-a bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin «Sabah» qəzetinin 6 may tarixli sayında dərc olunmuş bir xəbərdə «Çırpınırdın Qara dəniz» mahnısının erməni əsilli Sayat Nova adlı xalq ozanına məxsus olduğuna dair qərəzli fikir irəli sürülüb.

Xəbərdə həmçinin TR Mədəniyyət və Turizm Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında kitab nəşr etmə planından da bəhs olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əldə etdiyi məlumatlara əsasən, məsələ ilə bağlı olaraq, 6 may tarixində «Sabah» qəzetinin redaktoru Erdal Şafaka və TR Mədəniyyət və Turizm Nazirliyinə müvafiq müraciətləri ünvanlayıb.

Ayrıca Səfirlik, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin verdiyi məlumatlara əsasən cari ilin 9 may tarixində məsələ ilə bağlı KİV-ə bəyanat da verib. Türkiyənin müxtəlif mətbuat orqanlarında Səfirliyimizin sözügedən bəyanatı yayımlayıb.

Bildirmək istərdik ki, TR Mədəniyyət və Turizm Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında nəşr etməyi planladığı qeyd olunan kitab Səfirliyimizin diqqət mərkəzindədir.