vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DİASPOR  
17:40 | 7 avqust 2012 | Çərşənbə axşamı Məqaləyə 1974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz göstəriş verə bilmərik”

Əli Həsənov: “İstədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır”

lent.az

“Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız müəyyən tövsiyələr verə bilərik”. Lent.az-ın məlumatına görə, bunu avqustun 7-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda keçirilən forumda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

PA-nın şöbə müdiri qeyd edib ki, mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür: “Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın mənafelərini həmişə nəzərə alır. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaq, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir”.