vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QALMAQAL  
17:47 | 15 may 2014 | Cümə axşamı Məqaləyə 3219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əli Kərimlinin xahişini yerə saldılar

Fransa səfirliyindən «Milli Şura»nı tanımadıqlarını dedilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəzi müxalifət partiyaları və QHT rəhbərlərinin Azərbaycana rəsmi səfər edən Fransa prezidenti Fransua Ollandla görüşündən sonra maraqlı məqam ortaya çıxıb. Həmin görüşdə nədən Cəmil Həsənlinin iştirak etməməsi sualı yaranıb.

Aznews.az-a xəbər verir ki, görüşdə Cəmil Həsənlinin iştirakı üçün müəyyən cəhdlər edilib. Xüsusilə AXCP sədri Əli Kərimli bunun üçün kifayət qədər aktivlik nümayiş etdirib.

Mənbənin bildirdiyinə görə, AXCP sədrinin bu istiqamətdə apardığı danışıqların heç bir nəticə verməməsi onu narazı salıb.

Belə ki, F.Ollandın Fransanın Azərbaycandakı səfirliyində görüş keçirəcəyi ilə bağlı məlumat aldıqdan sonra, Ə.Kərimli həmin tədbirə Milli Şuranın sədri Cəmil Həsənlinin də qatılmasına nail olmaq istəyib. Ə.Kərimlinin Cəmil Həsənlinin bu görüşdə iştirak etməsində niyə israrlı olmasına gəlincə isə mənbə bildirir ki, o, həm xarici dairələrə, həm ölkə iqtidarına, həm də müxalifətdəki rəqiblərinə Milli Şuranın varlığı və hətta beynəlxalq aləmdə də tanındığı, qəbul edildiyi görüntüsünü yaratmaq istəyib. Ancaq Fransa səfirliyi Ə.Kərimlinin bu müraciətinə mənfi cavab verib. Diplomatik nümayəndəlikdən deyilib ki, görüşün formatı artıq dəqiqləşdirilib və ona əlavə etməyə lüzum görülmür.

AXCP sədrinin Milli Şuranın müxalifətin «vahid mərkəzi», «nüfuzlu qurum» olması ilə bağlı iddialarına isə səfirlik nümayəndəsi sərt reaksiya veriblər. Məlumata görə, onlar belə bir qurumu tanımadıqlarını deyiblər. Məlumatda, həmçinin bildirilir ki, AXCP sədri məsələ ilə bağlı ATƏT-in, Avropa Şurasının və Avropa İttifaqının Bakıdakı nümayəndəliklərinə müraciət edib, lakin bunlar da nəticəsiz qalıb.