vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
12:20 | 16 may 2014 | Cümə Məqaləyə 3431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Muzeylərdə də pul maxinasiyaları?

Hesablama Palatası ciddi qanun pozuntusu aşkarladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Hesablama Palatası muzeylərdə audit aparıb. Audit edilən muzeylər (Azərbaycan Milli İncəsənət Muzeyi və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi) tərəfindən proqnozlar verilərkən real tələbatlar və əvvəlki illərin icra vəziyyəti nəzərə alınmayıb. Bəzi xərc maddələri üzrə vəsaitlər tam istifadə olunmayıb, keçirilmiş satınalmalar zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə əməl edilməyib. Aidiyyəti dövlət qurumunun razılığı alınmadan bir mənbədən satınalma metodu tətbiq edilməklə satınalma həyata keçirilib, bir neçə halda icraçılara büdcə vəsaiti artıq ödənilib.

Xərclər smetasında nəzərdə tutulmadığı halda Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən vakansiyalar hesabına işçilərə əlavə əmək haqqı ödənilib, gəlir vergisi az hesablanıb, eksponatların alışı zamanı fiziki şəxslərdən gəlir vergisi tutulmayıb, inşaat materialları mədaxil edilməyərək dəyəri birbaşa xərcə silinib. Muzeyin fondunda olan eksponatların atribusiyasının öyrənilməsi ilə bağlı fəaliyyətin müvafiq elmi işçilərin vəzifə öhdəliklərinə aid olsa da, satınalmalar haqqında qanunvericiliyin tələbləri gözlənilməyərək satınalma tətbiq edilmədən bu məqsədlə müvafiq elmi bazası və təcrübəsi olmayan təşkilatla müqavilə bağlanılmış, işin yerinə yetirilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilərək vəsait ödənilib. XX əsrin əvvəllərində alınan çoxsaylı eksponatların dəyərinin mövcud bazar qiymətlərinə uyğun qiymətləndirilməsi təmin olunmayıb, eksponatların inventarizasiyası tamamlanmayıb, bəzi hallarda fondun sərvətləri Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən müxtəlif dövlət orqanlarına müvəqqəti istifadə üçün verilib, lakin uzun müddət keçməsinə baxmayaraq sərvətlərin Muzeyə qaytarılması təmin edilməyib və ya onların faktiki mövcudluğu və saxlanma vəziyyəti barədə üzləşmə aktları tərtib edilməyib.

Bəzi hallarda əsas vəsaitlər azqiymətli və tezköhnələn əşya kimi mədaxil edilərək uçotdan silinib, əvəzsiz verilən əsas vəsait uçota mədaxil edilməyib, bəzi əvəzsiz verilən əsas vəsaitlərin faktiki mövcudluğu müəyyən olunmayıb, əsas olmadan aşağı tarif qiymətlərinin tətbiq edilməsi nəticəsində kassaya az vəsait mədaxil edilib, ekspert komissiyası tərəfindən verilən icazə sənədləri ciddi hesabat blanklarında aparılmayıb.

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən ilin sonuna bəzi xərc maddələri üzrə vəsaitlər tam istifadə olunmayıb, büdcə vəsaiti hesabına xidməti iş telefonundan şəxsi danışıqlara vəsait ödənilib. Bundan əlavə olaraq artıq ezamiyyə xərcinə yol verilib, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək haqqının ödənilməsi ilə bağlı paraqrafdan icra edilib.

Muzeyin yerləşdiyi təsərrüfat hesablı Muzey Mərkəzi ilə bağlanmış müqavilədə mühafizə və digər kommunal xərclər üzrə qiymətlərin hansı meyarlar əsasında müəyyən edildiyi göstərilməyib, kommunal xərclər üzrə Muzey Mərkəzinə artıq vəsait və müvafiq xəzinə öhdəliyi olmadığı halda köhnə borc ödənilib. Nazirlik, müxtəlif müəllif və vətəndaşlar tərəfindən Muzeyə verilmiş əşyalar (eksponatlar) qiymətləndirilmədən uçota alınmış, eksponatların illik inventarizasiyası həyata keçirilməyib, ekspert komissiyası tərəfindən verilən icazə sənədləri ciddi hesabat blanklarında aparılmayıb. Muzey tərəfindən aidiyyəti dövlət qurumunun razılığı alınmadan bütün eksponatlar bir mənbədən satınalma metodu ilə fiziki şəxslərdən alınıb. (Anspress)