vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAHİBKARLIQ  
15:47 | 17 may 2014 | Şənbə Məqaləyə 2020 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağalarov şikayətə hazırlaşır

Müəmmalı tenderdən korrupsiya iyi gəlir

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur azərbaycanlı iş adamı, «Crocus Group» şirkətlər qrupunun prezidenti Araz Ağalarov Rusiyanın Antiinhisar Xidmətinə şikayət etməyə hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə «Kommersant» qəzeti yazıb.

A.Ağalarovun şikayəti Moskva hökumətinin «Avtodor» Qapalı Səhmdar Cəmiyyətinin bu yaxınlarda keçirdiyi tenderdir. Moskva Dairəvi Avtomobil Yolunun 48 kilometrlik hissəsinin tikintisi ilə bağlı elan edilmiş tenderdə ən aşağı qiymət təklif edən «Crocus Group» olsa da tender komissiyası şirkətin müraciətini heç nəzərdən belə keçirməyib. Əsas kimi də o göstərilib ki, bu şirkətin yol tikintisində təcrübəsi yoxdur.

Xəbər verdiyimiz kimi, bu iri layihə ilə bağlı elan edilmiş tenderə üç şirkət qatılmışdı - «Crucus Group», prezident Vladimir Putinin dostu, nəhəng «Gunvor» neft treyderinin sahibi Gennadi Timçenkonun səhmdarı olduğu ARKS və ərəb əsilli iş adamı Ziyad Manasirin «Stroyqazkonsaltinq» şirkəti.

Müsabiqənin şərtlərinə əsasən layihənin ümumi dəyəri 51,7 milyard rubl qiymətləndirilirdi. Araz Ağalarovun şirkəti bu yol tikintisini digər iştirakçılara nisbətən ən aşağı qiymətə - 47,2 milyard rubla həyata keçirməyə hazır idi.

Lakin tender komissiyası onun müraciətinə baxmayıb, həmçinin iri yol infrastrukturunun tikintisində daha böyük təcrübəyə malik olan və Ziyad Manasirdən daha az məbləğ istəyən ARKS şirkətinə də üstünlük verilməyib.

Komissiya Ziyad Manasirin şirkətini qalib elan edib və dərhal bu tender ətrafında korrupsiya şübhələri yaranıb.

Ekspertlərin qənaətinə görə, Ziyad Manasir «Avtodor»un rəhbəri ilə korrupsiya sövdələşməsinə gedə bilərdi. Əks halda sifarişin onun şirkətinə verilməsini iqtisadi baxımdan izah etmək mümkün deyil.

Söhbət xeyli sərfəli layihədən gedir. Çünki müsabiqənin şərtlərinə görə, yolu inşa edən şirkət sonrakı 19 il ərzində onun istismarına da cavabdeh olacaq. Yəni hər il büdcədən pul alacaq.

Tenderin nəticələrindən narazı qalan Gennadi Timçenko Federal Antiinhisar Xidmətinə şikayət edib. Ancaq onun şikayəti təmin olunmayıb və tenderin nəticələri dəyişməyib.

G.Timçenkonun ardınca Araz Ağalarov tenderin nəticələrindən şikayət etməyə hazırlaşır və onun şikayətinin təmin olunması şanslarının nə dərəcədə yüksək olduğu müəmmalıdır.