vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
10:17 | 19 may 2014 | Bazar ertəsi Məqaləyə 2412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslarla birgə əməliyyatlar başladı

Sərhəddə postlar qurulub

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb. Vaxt.az APA-ya istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. «Sərhəd-sipər» şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

Zaqatala sakinlərinin məlumatına görə, rayon ərazisində postlar qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

Qax Rayon Polis Şöbəsindən əməliyyatların aparılması təsdiqlənsə də, əməliyyatın məxfi olduğunu əsas gətirərək ətraflı məlumat verilməyib.

Quba Rayon Polis Şöbəsindən isə bildiriblər ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.