vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
13:34 | 18 yanvar 2013 | Cümə Məqaləyə 2627 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Faktlara gözlərini açsa, öz adına daha uyğun olar”

“2010-cu ildən sonra vaxtilə Dövlət Komitəsində qeydiyyatdan keçmiş heç bir xristian icmasının qeydiyyatı ləğv edilməyib”

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

“Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün həm qanunvericilik, həm də dini mühit baxımından normal şərait mövcuddur”. Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov “Open doors” (Açıq qapılar) təşkilatının Azərbaycanda xristian icmalarının fəaliyyətinin məhdudlaşdırılması və onların dövlət qeydiyyatına alınmaması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən deyib.

E. İskəndərov qeyd edib ki, bu məlumatlar həqiqətə uyğun deyil və qərəzlidir: “Belə ki, təşkilat Azərbaycanla bağlı hazırladığı məlumatda iddia edir ki, 2010-cu ildə bütün kilsə və dini qurumlardan yenidən qeydiyyatdan keçmək tələb olunduğundan guya protestant məzhəbləri hələ də qeyri-leqal statusdadırlar. Halbuki 2010-cu ildən sonra ondan çox xristian dini icması, o cümlədən pravoslav, katolik, malakan, eləcə də Lüteran, “Yeni həyat”, “Həyat sözü” protestant dini qurumları Dövlət Komitəsində yenidən qeydiyyata alınıb. Ona görə də “Open doors” bu faktlara gözlərini açsa, öz adına daha uyğun olar”.
DQİDK-nın mətbuat xidmətindən isə APA-ya bildirilib ki, 2010-cu ildən sonra Dövlət Komitəsində vaxtilə bu qurumda qeydiyyatdan keçmiş heç bir xristian icmasının qeydiyyatı ləğv edilməyib, vaxtilə qeydiyyata alınmış bütün xristian icmalarının hüquqi statusu bu gün də öz qüvvəsini saxlamaqdadır: “Qurucusu vaxtilə sosialist ölkələrinə qaçaqmalçılıq yolu ilə Bibliya kitabları keçirməklə məşğul olan bu təşkilatın Azərbaycana qarşı qərəzli münasibətini, həqiqətə uyğun olmayan, hətta böhtan xarakterli mövqeyini başa düşmək olar. Çünki Azərbaycanda din sahəsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir, hansısa təşkilatın və ya şəxslərin qaçaqmalçılıq yolu ilə ölkəyə dini ədəbiyyat gətirməsi mümkün deyil. Görünür, qeyri-qanuni işlərlə məşğul olan və bunu həyat tərzinə çevirən şəxslərin bu cür fəaliyyəti Azərbaycanda reallaşdıra bilməmələri onları ciddi şəkildə narahat edir.
Dini ədəbiyyata gəlincə, dini icmaların, o cümlədən xristian dini qurumların qanunvericiliyə uyğun ədəbiyyat idxal etmələri və ölkədə nəşr etdirmələri mümkündür. Hətta Dövlət Komitəsi ötən il digər müqəddəs kitablar kimi Bibliyanın da ölkəyə idxalını sərbəstləşdirib. Bunlarla yanaşı, son on ildə Bakıda katolik kilsəsi inşa olunub, Azərbaycanla Vatikan arasında katolik kilsəsinin hüquqi statusuna dair saziş imzalanıb, Lüteran kilsəsi dövlət hesabına təmir olunub, Qax rayonunda gürcü pravoslav, Qəbələ rayonunun Nic qəsəbəsində Alban-udi, Bakıdakı rus-pravoslav  kilsələrində bərpa işləri aparılıb. Eyni zamanda, dünyanın nüfuzlu xristian mərkəzlərinin rəhbərləri, o cümlədən mərhum Roma Papası II İohan Pavel, mərhum Moskva və Ümumrusiya patriarxı II Aleksi və indiki patriarxı Kirill, Konstantinopol Patriarxı II Varfolomey, Gürcüstan katolikosu II İlya Azərbaycana səfər edib və ölkəmizdə xristianlara göstərilən münasibəti yüksək qiymətləndirib. Yuxarıda qeyd olunan faktlar Azərbaycanda dini tolerantlığın yüksək olduğunu, dövlətin bu sahəyə diqqətini və xristianların ölkədə öz etiqadlarına uyğun sərbəst yaşadıqlarını bir daha təsdiqləyir”.