vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
08:52 | 22 iyun 2013 | Şənbə Məqaləyə 2430 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yay başladı...

Amma havadan payızın qoxusu gəlir

milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı tqədim edirik.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 21-dən 22-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə 17-22, gündüz 24-28° isti olacaq.
Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 761 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz, gündüz 65-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Şıx, Sahildə 22-23° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 27-32° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 6-11°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 16-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 23-28° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-21°, gündüz 30-35° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacağı gözlənilir.