vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
11:46 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 1611 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan «Çətin Seçimlər»də

«Güclü, təsir qüvvəsinə malik dindar bir siyasətçidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Hillari Rodham Klinton «Hard Choices» (Çətin Seçimlər) adlı kitabını tədqim edib. Nyu York şəhərində baş tutan təqdim mərasiminə yüzlərlə insan qatılıb. Oxucular Klintonun imzalı kitabını almaq üçün gecə saatlarından başlayaraq səhərə kimi «Barn en Noubl» kitabxanası qarşısında növbəyə düzülüblər.


Klinton öz kitabında siyasi kariyerası ərzində rastlaşdığı problemlərdən bəhs edir. Sabiq dövlət katibi müsahibəsi zamanı Amerikanın dünya siyasətində vacib yer tutduğu, kitabda da məhz bu barədə müxtəlif məsələlərin işıqlandırıldığını qeyd edib.

Hillari Kliton bir qədər əvvəl 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyinə eyham vurmuşdu.

Kitabında Türkiyənin baş naziri barədə də yazan xanım Klinton Rəcəb Tayyib Ərdoğanın güclü, təsir qüvvəsinə malik dindar bir siyasətçi olduğunu qeyd edib.