vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
16:52 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 2330 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunlar hamısı şayiələrdir»

«Biz hələlik bu barədə düşünmürük»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanın hələlik Avrasiya İqtisadi İttifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük». «Trend» xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.


Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına gəlincə, Novruz Məmmədov Azərbaycanın bununla bağlı heç bir narahatlığının olmadığını vurğulayıb: «Bununla bağlı narahatlığımız üçün heç bir əsas yoxdur. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı mövqeyini bildirib. Bu mövqe Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən Avrasiya İqtisadi İttifaqının təsis olunduğu iclasda ortaya qoyulub. Ermənistan da o tələblərə uyğun olaraq hansı quruma üzv olur olsun, özünün suveren hüququdur. Ermənistan BMT-yə, Ümumdünya Ticarət Təşkilatına üzv olduğu şərtlərlə istənilən təşkilata qoşula bilər. Başqa söhbət ola bilməz. Bu, bizim tələbimizdir və o da yerinə yetiriləcək».

Novruz Məmmədov bir sıra KİV-də guya Ermənistanın yenidən Azərbaycan ərazilərinə, xüsusən də Naxçıvana hücum edəcəyi ilə bağlı yayılan xəbərləri şayiə adlandıraraq onlara münasibət bildirməyə lüzum görmədiyini deyib: «Bunlar hamısı şayiələrdir. Mən isə şayiələrə mövqe bildirmək istəmirəm. Belə şayiələri elə Ermənistan tərəfindən müxtəlif dairələr özləri qəsdən yayırlar ki, biz də ona mövqe, münasibət bildirək və bunu ictimaiyyətin beyninə yeritmək üçün çalışsınlar. Ona görə də mən hətta media nümayəndələrindən xahiş edərdim ki, belə məsələlərdə həssas olsunlar. Bilsinlər ki, haradan təxribat xarakterli fikirlər, mövqelər gələ bilər».

Avrasiya İqtisadi İttifaqı bu il mayın 29-da Rusiyanın təşəbbüsü ilə yaradılıb. Həmin gün Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus bu ittifaqı təsis edib. Bu il daha iki dövlətin - Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulacağı gözlənir.