vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
PARTİYALAR  
10:08 | 11 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 2740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Milli Şura ideya qatışığından ibarətdir”

“Azərbaycana bəlalar gətirə biləcək bu cür adamların...”

Teymur HACIYEV, milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

“Milli Şurada mahiyyətinə, ideologiyasına, dünya görüşünə görə, proseslərə münasibətinə görə, siyasi meydana çıxma manerasına görə müxtəlif qüvvələr toplaşıb. Milli Şura ideya qatışığından ibarətdir. Burada bir-birinə zidd, düşmən mövqedə duran ideyaların daşıyıcıları var. Misal üçün, burada İran İslam Respublikası təsiri altında olan, türban davası aparanlar da var, Avropanın ifrat liberal partiyalarının üzvlərinin, yəni eynicinslilərin evlənməsinin tərəfdarı olanlar da var”.

Bu sözləri Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Onun sözlərinə görə, bu cür qamqarışıq, əcaib bir qurumda vahid namizədin müəyyənləşməsi də, uğur qazanması da çox müşkül məsələdir. Ə.Oruc bu cür yanaşmanın Azərbaycanda uğur qazanmasını istəmir.
“Bunların siyasi mövqelərində bir-birinə qarşı barışmazlıq var. Özləri barışmaz mövqedə olanlar Azərbaycana hansı dincliyi gətirə bilərlər? Hansı problemi həll edə bilərlər?” - partiya sədri sual edib.
O hesab edir ki, Milli Şuranın vahid namizəd müəyyənləşdirməməsi də başa düşüləndir.
“Bu cür qüvvələrin Azərbaycana, ümumiyyətlə, yaxın gəlməməsi arzusundayam. Ümumiyyətlə, Azərbaycana bəlalar gətirə biləcək bu cür adamların siyasi meydanda olmaması daha yaxşıdır”.