vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
09:18 | 15 iyun 2014 | Bazar Məqaləyə 2608 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsgərlərimiz «ehtiyatsızlıqdan» Qarabağı ala bilərmi?

İlin əvvəlindən orduda baş verən qeyri-döyüş itkilərinin sayı 40-ı keçib

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyində aparılan kadr islahatlarına baxmayaraq Azərbaycan ordusunda qeyri-döyüş itkiləri heç cür azalmır, əksinə, daha da artır. Az qala hər gün ordudan əsgərin əsgər yoldaşını güllələməsinə dair qara xəbərlər gəlir. Başa çatmaqda olan həftə də bu baxımdan istisna olmadı.


Xəbər verildiyi kimi, iyunun 13-də cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə Səməd Azad oğlu Rəsulzadə «əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində» yaralanıb. Əsgər hospitala yerləşdirilib.

İyunun 14-də isə Daxili Qoşunların müddətdən artıq xidmət keçən hərbçisi Allahverdi Quliyevin əlindəki avtomat silahdan «təhlükəsizlik qaydalarının pozulması nəticəsində» atəş açılıb. Güllə onun hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Zahid Abdullayevə dəyib.

«Doktrina» mərkəzi tərəfindən aparılan monitorinqə əsasən ilin əvvəlindən orduda baş verən qeyri-döyüş itkilərinin sayı 40-ı keçib, təxminən bu qədər də yaralı var. Hər il büdcədən 3 milyard manatdan çox vəsait ayrılan orduda əsgərlərin hələ də bir-birlərini güllələməsi ərazilərinin bir hissəsi işğal altında olan ölkə üçün olduqca acınacaqlı haldır.

Xüsusən də orduda ancaq kasıbların xidmət etdiyi nəzərə alınarsa, bu mənasız itkilər övladlarını hərbi xidmətə yola salanlar üçün olduqca ağır mənəvi, sosial və psixoloji sarsıntıdır.

Bəs Müdafiə Nazirliyinin rəhbərliyi bu cür halların qarşısını niyə ala bilmir? Belə halların qarşısını tam almaq bir yana, heç olmasa azalda bilmir, əksinə, az qala hər gün ordudan qara xəbərlər gəlir?

Belə görünür ki, 20 il yaxın öz kreslosunda qalan müdafiə nazirinin əvəzlənməsi orduda bu cür qeyri-döyüş itkilərinin qarşısını almaq üçün kifayət etməyib. Müdafiə Nazirliyində aparılan islahatlar hələ əsgərlərin «ehtiyatsızlıqdan» bir birini güllələməsini əngəlləmək üçün bəs etmir. Nəsə daha ciddi, sistemli və dərin islahatlar tələb olunur. Yalnız bu halda Müdafiə Nazirliyinin əsgərlərin «ehtiyatsızlıqdan» əlindəki silahdan atəş açaraq o biri əsgəri vurması hallarını azaltmaq mümkün olardı.

Təbii ki, Müdafiə Nazirliyindən bu cür insidentlərlə bağlı yayılan qısa məzmunlu açıqlamalar hadisələrin əsl mahiyyətini əks etdirmir. Axı bu necə «ehtiyatsızlıqdır» ki, az qala hər gün baş verir? Yaxud əsgər «ehtiyatsızlıqdan» o biri əsgəri necə bıçaqlaya bilər? Əgər Azərbaycan ordusunda «ehtiyatsızlıqdan» bu cür hallar baş verirsə, bəlkə əsgərlərimiz «ehtiyatsızlıqdan» elə Qarabağı da geri alsınlar?