vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
09:02 | 15 iyun 2014 | Bazar Məqaləyə 2520 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentlər əvvəlcə şam etdilər...

... sonra Bakını gəzdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • Barroso Bakını gəzdi
  • İlham Əliyev Jose Manuel Barroso Heydər Əliyev Mərkəzi qarşısında

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barroso birgə şam ediblər. Vaxt.az xəbər verir ki, Azərbaycana rəsmi səfərə gələn Avropa Komissiyasının sədri Joze Manuel Barroso iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şəhərimizin görməli yerlərindən birində şam edərək fikir mübadiləsi aparıblar.


***

 

Daha sonra İlham Əliyev və Joze Manuel Barroso ilə birlikdə Dağüstü parka gələrək buradan Bakının mənzərəsini seyr ediblər.

Sonra İlham Əliyev avropalı qonağı çay süfrəsinə dəvət edib. 

 

***

 

Prezidentlər sonra Heydər Əliyev Mərkəzinə gəlib və mərkəzi gəziblər.

Mərkəzin fəaliyyəti ilə tanış olan qonaq əvvəlcə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdı. Heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib.

Mərkəzdə «Azərbaycan inciləri» sərgisi də fəaliyyət göstərir. Bölmədə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Prezident İlham Əliyev və Joze Manuel Barroso Mərkəzdə məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisinə də baxdılar. Sərgidə heykəltəraşın bir-birindən maraqlı əsərləri nümayiş edilir.

Qonaq sonra mərkəzin «Auditorium» və konfrans zallarına baxıb.

Daha sonra Azərbaycan dövlət başçısı və avropalı qonaq Heydər Əliyev Mərkəzinin parkında tanınmış fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisi ilə tanış oldular. Burada nadirliyi ilə fərqlənən və müxtəlif ölkələrin bayraqlarını özündə təcəssüm etdirən kompozisiyalar nümayiş olunur.