vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
10:15 | 22 iyun 2013 | Şənbə Məqaləyə 2839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gedirəm özümü öldürəm...”

Gənclər arasında niyə intihar hallarının artması cəmiyyətdə hələ də ciddi narahatlıq doğurmur

GÜNEL

MÖVZU İLƏ ƏLAQƏLİ

Demək olar ki, hər gün intihar və özünəqəsd barədə xəbərlər eşidirik. Bu, ağır xəbərlər son vaxtlar adi bir hala çevrilib. Xüsusən də gənclər və yeniyetmələr arasında intihar hallarının artması daha ciddi narahatlıq doğurur. İntihar - insanın özünə qarşı aqressiyasıdır. Bəzən insan özünü çıxılmaz vəziyyətdə hesab edir və çıxış yolunu intihar etməkdə görür.

Maraqlıdır gəncləri bu qədər həyatdan bezdirən, onları intihara sövq edən amillər nədir?
Psixoloq Azad İsazadə intihar edənlər arasında yeniyetmələrin üstünlük təşkil etdiyini dedi: “Ümumiyyətlə, gənc və yeniyetmələr cəmiyyətin ən həssas hissəsini təşkil edir. Onlar bütün proseslərə daha həssaslıqla reaksiya verirlər. Bizim cəmiyyətimiz kütləvi aqressiya və depressiyanın qatışığı olduğu üçün gənc və yeniyetmələr bunun təsiri altına daha tez düşürlər. Buna görə də yeniyetmələrin intihar halları son vaxtlar daha da artıb. Praktiki intihar profilaktika ilə məşğul olan psixoloqlar yoxdur. Bizim gücümüz nəyə çatırsa, onu edirik. Profilaktiki işlər intihardan əvvəl görülsə, intiharın qarşısını almaq olar. Yeniyetmə və gənclər intihar etmək qərarına birdən birə gəlmir. Müəyyən vaxt lazım olur ki, bu fikir onun beynində yetişsin. Bu vaxt ərzində də onun davranışları, danışıq tərzi dəyişilir. Bu dəyişikliyi onun yaxınları, dostları görməyə bilməz. Bu dəyişikliyi hiss edən zaman həmin şəxsə yardım etsələr o, intihar həddinə gəlib çıxmaya bilər”.
Psixoloq bir çox hadisələrin intihar formalarının reklamı olduğunu dedi: “Profilaktika yaranmış işə qarşıdır. Bununla yanaşı intihar yollarının da profilaktikasını etmək lazımdır. Məsələn, bir ara özünü zəhərləyərək intihar etmək forması daha çox idisə, indi isə asaraq intihar etmək metodu üstünlük təşkil edir. Vaxtı ilə Səddam Hüseynin asılaraq edam edilməsi və bunun bütün dünyaya yayılması nəinki intiharın profilaktikası, hətta reklamı kimi oldu. Bu cür görüntülər sözsüz ki, intihar etmə metodu üçün yol göstərir”.
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər il yer kürəsində təxminən 1 milyon adam intihar edir. Bu, hər 40 saniyədə 1 insanın intihar etməsi deməkdir. İl ərzində dünyada 19 milyon insan intihara cəhd edir. Son yarım əsrdə dünyada intihar edənlərin sayı 60 faiz artıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, intiharların sayına görə Macarıstan və İsveç birinci yerdədir.