vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
DÖYÜŞ NÖVLƏRİ  
12:43 | 12 may 2013 | Bazar Məqaləyə 2983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı Avropa çempionu oldu

İdmançımız 11-ci Avropa çempionluğunu qazanıb

milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanı və “Qəbələ”ni beynəlxalq arenada uğurla təmsil edən Rafael Ağayev titullarına daha birisini əlavə edib. Azerisport.az xəbər verir ki, Macarıstanda keçirilən 48-ci Avropa Çempionatında rəqiblərinə şans verməyən karateçimiz finala adlayıb.

Finalda Ağayev hollandiyalı Rene Smalla qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən döyüş karateçimizin qələbəsi ilə yekunlaşıb.  Bununla da Rafael WKF növü üzrə 11-ci Avropa çempionluğunu qazanıb. Ağayev çempionatda 75 kq çəki dərəcəsində mübarizə aparıb. Bu çəkidə 32 idmançı medallar uğrunda üz-üzə gəlib.
Döyüşdən sonra Rafael Ağayev fikirlərini bölüşüb. Döyüşçü klub saytına açıqlamasında yarımfinal və final görüşlərinin gərgin keçdiyini bildirib:
“Bildiyiniz kimi, sözügedən turnir ən çətin və vacib yarışlarındandır. Burada Avropanın ən güclü və tanınmış idmançıları iştirak edirlər. Finala qədər 4 döyüş keçirdim. Avstriya, Slovakiya, Portuqaliya və İtaliya idmançısına qalib gəldim. Xüsusilə yarımfinalda italyan döyüşçü Luici Busa ilə görüşüm gərgin alındı. Onunla ötən ilin noyabr ayında Dünya Çempionatının finalında qarşılaşmışdım. Döyüş 0:0 hesabı ilə yekunlaşdı və hakimlərin rəyi ilə qələbə Busaya verildi. Bu dəfə isə ona şans vermədim. Final döyüşüm də çətin keçdi. Buna baxmayaraq hollandiyalı Rene Smalla qalib gəlməyi bacardım. Bu təkcə mənim qələbəm deyil, “Qəbələ” İdman Klubunun və Azərbaycanın qələbəsidir”.
Xatırladaq ki, Avropa çempionatında 45 ölkədən 497 idmançı iştirak edir. Azərbaycan çempionatda 2-i qadın, 11 kişi olmaqla 13 döyüşçü ilə təmsil olunur. Yarışa sabah yekun vurulacaq.