vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
13:14 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 3059 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada ən çox vergi ödəyənlər

İlk yerləri Danimarka, Belçika və Fransa vətəndaşları tütür

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqının (Aİ) «Eurostat» statistika agentliyinə görə, Danimarka, Belçika və Fransa ən çox vergi ödəyən Aİ ölkələridir. Məlumatı «EUobserver» yayıb.


«Eurostat» iyunun 16-da Aİ-də «vergitutma göstəriciləri» haqqında hesabat dərc edib. Hesabata görə, 2012-ci ildə Danimarka hökuməti iqtisadi məhsulun 48.1 faizi həcmində vergi toplayıb. Ən az vergi gəliri olan ölkə isə 27.2 faiz göstərici ilə Litva, onun ardınca Bolqarıstan və Latviya olub.

Ümumilikdə Aİ-də verginin ÜDM-yə nisbəti 2012-ci ildə əvvəlki ilin 38.8 faizlik göstəricisi ilə müqayisədə artaraq 39.4 faizə çatıb. «Eurostat» 2013-cü ildə də artım olduğunu bildirib.

Ötən üç il ərzində vergi hər il artaraq, 2001-ci ildən bəri ən yüksək həddə çatıb. 2012-ci ildə Aİ-nin 28 ölkəsindən 22-də vergilər artıb. Altı ölkədə - Böyük Britaniya, İsveç, Slovakiya, Rumıniya, Portuqaliya və Litvada verginin ÜDM-yə nisbətində azalma olub. Ən çox azalma isə 0.9 faizlə Portuqaliyada qeydə alınıb.

Bundan əlavə, Aİ-də dövlət vergi gəlirlərinin ən çox hissəsi gəlir vergisindən əldə olunub. Gəlir vergisi ümumi gəlirlərin 51 faizini təşkil edib.

Aİ-də bəzi ölkələr dünyada verginin ən çox olduğu ölkələr siyahısındadır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrindən və İttifaqa daxil olmayan ölkələrdən ən çox vergi ödəyən 42 faizlə Norveçdir. Vergi dərəcəsi ABŞ-da 25 faiz, Kanadada 28 faiz, Yaponiyada isə 30 faizdir.

Avropanın şimal və qərbindəki ölkələrdə yüksək vergilər yaxşı rifah və təqaüd proqramları ilə əlaqələndirilir. 2004 və 2007-ci ildə Aİ-yə qoşulmuş sabiq Şərq İttifaqı ölkələri daha çox aşağı vergi rejiminə meyl ediblər. Qeyd edək ki, 5 ölkə sabit vergi rejimindən istifadə edir.

«Gəlir vergisi hələ də həddindən çoxdur», - Aİ-nin vergi məsələləri üzrə komissarı Algirdas Semeta bəyanatında deyib. Algirdas Semeta əlavə edib ki, ekoloji vergi Aİ-də istifadəsiz qalıb. Hökumətlər Aİ-nin əsas istehlak vergisi olan ƏDV (əlavə dəyər vergisi) həddini aşağı salmalıdırlar. «Gəlir vergisinin azalması şirkətlərin rəqabətə davamlılığını özünə qaytarar», - o deyib.

Komissiya gəlir vergisinin daha çox ekoloji vergiyə, eləcə də əmlak vergisinə yönəlməsində maraqlıdır, çünki belə vergiləri toplamaq daha asandır.

Avropada əmlak qiymətləri gəlirlərə nisbətən çox artıb. Buna baxmayaraq, ərzaq, kommunal xərclər və yanacaq kimi gündəlik istehlak olunan məhsulların vergisi əməkhaqqı aşağı olan adamlara ziyan vurub.

Daşınmaz əmlak vergiləri əmlak bazarında böhranın qarşısını ala bilər. Komissiyanın milli vergi siyasətlərini dəyişmək səlahiyyəti yoxdur. Buna baxmayaraq, Komissiya 11 üzv ölkə tərəfindən təqdim olunacaq maliyyə tranzaksiyaları, ƏDV sisteminə yenidən baxılması, ümumi korporativ gəlir bazasının yaradılması kimi islahatlar təklif edib.