vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
STOLÜSTÜ  
14:37 | 22 iyun 2013 | Şənbə Məqaləyə 3588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəhriyar Məmmədyarov qaralarla oynayacaq

Dünya çempionumuz məğlub olmayıb

milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 8-ci günündə Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxacaq.

Turnirdə ardıcıl 6 dəfə heç-heçə edən və yalnız 1 qələbə qazanan qrossmeysterimiz liderə qarşı mübarizə aparacaq. Məmmədyarovun rəqibi israilli şahmatçı Boris Gelfand olacaq.
Digər görüşlərdə isə Aleksandr Morozeviçlə Fabiano Karuana, Dmitri Andreykinlə Sergey Karyakin, Vişvanatan Anandla Vladimir Kramnik və Maqnus Karlsenlə Hikaru Nakamura münasibətlərinə aydınlıq gətirəcəklər.

8-ci turun görüşləri
Aleksandr Morozeviç (Rusiya, 2760) - Fabiano Karuana (İtaliya, 2774)
Dmitri Andreykin (Rusiya, 2713) - Sergey Karyakin (Rusiya, 2782)
Vişvanatan Anand (Hindistan, 2786) - Vladimir Kramnik (Rusiya, 2803)
Boris Gelfand (İsrail, 2755) - Şəhriyar Məmmədyarov (2753)
Maqnus Karlsen (Norveç, 2864) - Hikaru Nakamura (ABŞ, 2784)

Xal durumu: Gelfand –5, Nakamura – 4,5, Məmmədyarov, Karlsen, Andreykin – 4, Karuana, – 3,5, Karyakin –3, Anand, Morozeviç – 2,5, Kramnik – 2.
Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.