vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
11:18 | 20 iyun 2014 | Cümə Məqaləyə 3685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Balakən qatarında yanğın

Teplovozun mühərriki alışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Balakən sərnişin qatarında yanğın olub.


Qatarın sərnişinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saat 07:50 radələrində, Yevlax-Balakən dəmir yol xəttinin Şəki rayon ərazisindən keçən hissəsində baş verib.

Sərnişinlərin dediyinə görə, yanğın qatarın teplovozunun mühərrik hissəsində müşahidə olunub. Qatarın hərəkəti dayandırılıb, teplovozun mühərrik hissəsində baş verən yanğın teplovozun şəxsi heyətinin səyi nəticəsində dərhal söndürülüb.

Sərnişinlərin sözlərinə görə, saat 09:00 radələrində teplovozun mühərrikində baş verən nasazlıq hələ aradan qaldırılmayıb.