vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MEDİA-QHT  
14:02 | 20 iyun 2014 | Cümə Məqaləyə 2838 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Ayna» - «Zerkalo»yla bağlı xəbər

Əflatun Amaşov danışıqlar aparır

İLQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

««Ayna» - «Zerkalo» qəzetləri həmişə ictimai fikrə təsir göstərən KİV-lərdən olub. Mən əminəm ki, tezliklə, qəzet ətrafında yaranan problemlər həll ediləcək. Mətbuat Şurası da bu istiqamətdə danışıqlar aparır».


Bu sözləri Aktual.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov maddi problemlər üzündən fəaliyyətini dayandıran «Ayna» - «Zerkalo» qəzetləri ətrafında yaranmış müəmmaya münasibət bildirərkən deyib.

Qəzetlərin çapının yenidən bərpası üçün danışıqların kimlərlə aparılmasına isə Əflatun Amaşovun münasibəti belə oldu: «Əgər mən danışıqlar barədə ətraflı məlumat vermirəmsə, deməli, bir qədər gözləmək lazımdır. Ümumiyyətlə, bu barədə Elçin müəllimin özü ilə də danışmışam. Başqa istiqamətlərdə də danışıqlar gedir. Mətbuat Şurası «Ayna» - «Zerkalo» qəzetlərinin maddi durumunun yaxşılaşdırılması üçün müəyyən işlər görür və ümid edirik, gördüyümüz işlər öz bəhrəsini verəcək».

Xatırladaq ki, dövlətə xəyanətdə ittiham edilən qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra «Ayna» - «Zerkalo» qəzetləri fəaliyyətini dayandırıb.