vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
12:34 | 21 iyun 2014 | Şənbə Məqaləyə 3945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qafqaz Universiteti qəbul planından çıxarılıb?

TQDK-dan açıqlama: «Bizdə məlumat yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Araz Kursları»nın fəaliyyətinin dayandırılması ilə bağlı verilən qərardan sonra Qafqaz Universitetinin də bağlanması və adının dəyişdirilməsi barədə mətbuatda məlumatlar yayılıb. Hətta Universitetin Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının builki qəbul planından adının çıxarılması xəbəri də gündəmdədir.


TQDK-nın mətbuat katibi Elnur Nağızadə Aktual.az-a açıqlamasında bildirib ki, son hadisələrdən sonra Qafqaz Universiteti ilə bağlı hər hansı dəyişiklik olunacağı barədə məlumatı yoxdur:

«Qəbul planı artıq bir neçə aydır Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına təqdim olunub və Abituriyent jurnalının 13-cü sayında dərc edilrək ictimaiyyətin diqqətinə çatdırılıb. Burada digər Universitetlərlə yanaşı Qafqaz Universitetinə də plan yerləri ayrıldığı qeyd olunub. Son qərardan və baş verən proseslərdən sonra Qafqaz Universiteti ilə bağlı hər hansı dəyişiklik olunacağı barədə bizdə məlumat yoxdur».