vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
14:06 | 21 iyun 2014 | Şənbə Məqaləyə 2385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ərdoğanın siyasəti erməniləri qane edir»

«Hökumətdən narazı qüvvələri sakitləşdirmək üçün aksiya keçirib öz medialarında tirajlayırlar»

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstriyanın paytaxtı Vyanaya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı ermənilər aksiya keçirib. Erməni komitəsinin yaydığı məlumata görə, aksiyada 8 min erməninin iştirak etdiyini bildirib.


Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Ərəstun Oruclu bildirib ki, əslində bu Türkiyənin daxili siyasətinin bir parçası ola bilər:

«Çünki məlum olduğu kimi, Ərdoğanın siyasəti erməniləri qane edir. O, Türkiyənin ilk baş naziridir ki, ermənilərə 1915-ci illə bağlı başsağlığı verib. Yəni onun siyasəti digər Türkiyə rəsmilərinin 1915-ci il hadisələrinə yanaşmasında fərqli müstəvidə oldu. Bu da təbii olaraq kənardan Ərdoğana qarşı aqresiyaların yaranmasına səbəb olub. İndi isə Ərdoğan hökuməti narazı qüvvələri sakitləşdirmək üçün ermənilərin aksiyasını geniş şəkildə medialarında tirajlayırlar».

Qeyd edək ki, Aksiya davam edən zaman əraziyə Ərdoğana dəstək vermək üçün çoxlu sayda türk və avstriyalılar gəlib. Avstriya mətbuatının verdiyi xəbərə görə, Türkiyənin baş nazirinin dəstəkçiləri onun əleyhdarlarından bir neçə dəfə çox olub. Aksiya zamanı heç bir insident qeydə alınmayıb və tərəflər qətnamələrini oxuduqdan sonra ərazini tərk ediblər.