vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
10:52 | 22 iyun 2014 | Bazar Məqaləyə 3237 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni yazıçının Anara sözü var...

Çubuxçuyan AYB-yə üzvü olmaq istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Tavuş vilayəti merinin sabiq müşaviri, yazıçı Lyubik Çubuxçuyan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, Çubuxçuyan Ermənistan Yazıçılar Birliyi rəhbərliyinin yaxın günlərdə onu qurumun sıralarından kənarlaşdırmaq niyyətində olduğunu açıqlayıb:


«Məni könüllü şəkildə Birliyi tərk etmək səviyyəsinə çatdırırlar. Əgər mən bunu edə bilməsəm belə, onsuz da, onlar bunu mənim əvəzimə edəcəklər. Lakin mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etməyə qərar vermişəm. Mən belə bir addımı atmaq istəmirdim, məni buna məcbur edirlər. Yazıçı həmişə yazıçı olaraq qalır, bunun başqa məsələlərə nə aidiyyəti var?»

Qeyd edək ki, Erməni yazıçısı Lyubik Çubuxçuyan «siyasi sığınacaq almaq» xahişi ilə Azərbaycan Prezidentinə müraciət etməyə hazırlaşır, lakin əvvəlcə bu barədə Ermənistan Prezidentini «xəbərdar» edib.

Ermənistanın Tavuş vilayəti qubernatorunun müşaviri vəzifəsində çalışan, yazıçı Lyubik Çubuxçuyan BBC-nin İrəvan müxbirinə zəng edib və «siyasi sığınacaq almaq» xahişi ilə Azərbaycan Prezidentinə müraciət etmək qərarına gəldiyini bildirib.

Lyubik Çubuxçuyan azərbaycanlı müğənni Elnarə Abdullayevaya 173 səhifəlik poema ithaf edən erməni yazıçıdır.

Şairi bu növ etiraza əl atmağa vadar edən «son damla» yeni vilayət başçısı Hovik Abovyanın ona münasibəti və prezident Serj Sərkisyanın etinasızlığı olub.

Yeni qubernator müşavir xidmətində ehtiyacı olmadığını bildirib və onun vəzifəsini ləğv etmək fikrində olduğuna işarə edib. Çubuxçuyan bu barədə Prezident Serj Sərkisyana şikayət məktubu yazıb, lakin prezident aparatından şairin şikayətinə cavab vermək üçün onun məktubunu qubernatora göndəriblər. Qubernator da Çubuxçuyanı yanına çağırıb və «öz xoşuna» istefa verməyi təklif edib, qəzet yazır.

 

13-cü cavabsız məktub

 

İlham Əliyevə müraciət etməzdən Çubuxçuyan Ermənistan Prezidentinə 12 məktub yazıbmış, lakin heç birinə cavab almayıb və növbəti dəfə Serj Sərkisyana açıq məktubla müraciət edib.

Çubuxçyan Ermənistan prezidentinə «13-cü cavabsız məktubunda» hakim partiyanın yaradılmasında, ölkənin müstəqilliyi uğrunda şəxsi əməyini, fəxri ad və mükafatlarını xatırladır.

«Mən müxtəlif ölkələrin 10 qızıl medalı ilə təltif olunmuşam, beynəlxalq akademik adına layiq görülmüşəm. Fransa Akademiyası məni «Qızıl qələm»lə təltif edib. Putin barədə bir cümlə ilə 1226 sətirdən ibarət poemam Ginnes Rekordlar Kitabına daxil edilib...», - Çubuxçuyanın Ermənistan prezidentinə məktubunda deyilir.

Və indi o, iş yerini itirdikdən sonra «cəmisi 30 min dram» (təxminən 73 dollar) təqaüdə yaşamağa məcburdur. Maaşdan başqa onun əlindən daha əvvəl prezident tərəfindən hədiyyə edilmiş 9 il yaşadığı mənzil də alınıb.

 

«Saxta qızıl medal və saxta mənzil»

 

Məlum olub ki, prezident tərəfindən Çubuxçuyana hədiyyə edilən mənzil xidməti mənzildir.

«Şəhər meri polis əhatəsində gəlib mənzilin açarını əlimdən alıb. Həmin evdə indi Armekonombank yerləşir», - Çubuxçuyanın Ermənistan prezidentinə açıq məktubunda deyilir.

Cibuxçyan əvvəlki qubernator tərəfindən də «aldadıldığını» bildirir. «O, guya mənə fərdi pensiya vermək və ofis yeri və pul ayırmaq, eləcə də yeni fəxri ad üçün irəli sürmək haqqında üç dəfə sizə sənədlər təqdim etdiyini bildirib. Lakin bunların hamısı yalandır», - qəzet Çubuxçuyanın məktubundan sitat gətirir.

Çubuxçuyan əməkdar incəsənət xadimi adına layiq görünüb təltif olunduğu qızıl medalı da prezidentə qaytarıb. «Medalı təmizləyəndə onun üst layı qopub və dəmirdən düzəldildiyi aşkar olub...», - yazır və medalı prezidentə qaytardığını bildirir.

 

«Elnarə» təhlükəsi

 

Qəzet Lyubik Çubuxçuyanın «Elnarə» kitabı çap olunduqdan sonra «çoxsaylı təhdidlər» aldığını bildirir. Yazıçı gileylənib ki, dekabrda kitab çapdan çıxandan sonra İcevanda «Qazel» tipli mikroavtobusu onun həyat yoldaşının üstünə sürüblər.

 

«Yeganə abırlı adam»

 

Çubuxçuyan prezidentə ünvanlanan çox səhifəli açıq məktubunu «ölkədə qalan bir neçə yaxşı adama pislik etməyin: siz gedərsiniz, onlar qalandır» öyüd-nəsihətilə başa vurur.

«Ermənistanda tək bir adamda abır-həya qalıbsa, o da - mənəm, və mən sizinlə bir millətə mənsub olduğum üçün xəcalət çəkirəm. Mən Azərbaycanda siyasi sığınacaq istəməyə hazırlaşıram, bəlkə mənə düşmən ölkədə bir neçə xeyirxah tapılsın», - Çubuxçuyanın açıq məktubunu «Aravot» qəzeti iqtibas edir.