vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
09:31 | 23 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Roma Papası mafiyaya qarşı

Fransis: «Kilsənin qapıları o kəslərin üzünə bağlıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 21-də Kalabriyada çıxış edən Papa 1-ci Fransis bəyan edib ki, mafiya şeytana sitayiş edir və kilsə ilə heç əlaqəsi yoxdur.


1993-cu ildə Papa İohan Pavelin «Ndrangeta» cinayət qrupu haqda verdiyi şərhlərdən sonra ilk dəfə olaraq, Papa Fransis də mütəşəkkil cinayətkarlıqla məşğul olan qruplar haqda açıqlamalar verdi. Məlumatı «Telegraph» xəbər portalı yayıb.

Roma Papası İtaliyanın ən təhlükəli mafiyası sayılan «Ndrangeta» cinayət qrupunu şeytana sitayişdə günahlandırıb. Onun sözlərinə görə, bu məzhəbə qulluq edənlər Allah dərgahından qovulanlardır.

Mərhum Papa İohan Pavelin 1913-cü ildə etdiyi tənqidlərdən sonra ilk dəfə olaraq eyni mövzuya qayıdan Papa Fransis İtaliyanın cənub bölgəsində keçirilən messalardan birində mafiya özbaşınalıqlarından danışdı.

«O şəxslər ki, həyatları boyunca mafiozlar etdiyi kimi şeytana sitayiş edirlər, onlar Allah hüzurundan qovulmuşlardı və kilsənin qapıları o kəslərin  üzünə bağlıdır. Biz onlara qarşı birgə mübarizə aparmalıyiq», - deyə Roma Papası xalqa müraciətində bildirdi. 

O, «Ndrangeta» mafiyasını şeytana pərəstişdə günahladıraraq Vatikan kilsəsinin bu xainlərə qarşı bütün gücü ilə mübarizə aparacağını da qeyd etdi.