vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
16:17 | 23 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2699 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Bakı»da biabırçı hadisələr gözlənilir»

Azərbaycanlı oliqarxa qarşı para qiyamı

MÖVZU İLƏ ƏLAQƏLİ

«4 aydır maaş və mükafatları almırıq. Hafiz Məmmədov bizə ayın 22-ə qədər vaxt verdi ki, gözləyin. Bu gün yenə zəng elədik. Qardaşı Zeynal Məmmədov dedi ki, pul yoxdur və olmayacaq».


Bu barədə Axar.az-a Hafiz Məmmədovun sahibi olduğu «Bakı» futbol klubunun məşqçi korpusundan adının çəkilməsini istəməyən şəxs bildirib.

Onun dediyinə görə, futbolçular sabah yenidən Hafiz Məmmədova sonuncu dəfə müraciət edəcəklər. Müraciətlərinə cavab verilməyəcəyi halda son şikayət ünvanı UEFA olacaq.

Xatırladaq ki, Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun sahibi olduğu «Bakı» futbol klubunda 4 aydır ki, futbolçu və məşqçilər əmək haqları və mükafatlarını ala bilmirlər.

Mənbənin bildirdiyinə görə, «Bakı»nın futbolçuları pulsuz qaldığı halda Məmmədovun bir ingilis klubunu 58 milyon avroya alması onları qəzəbləndirib.

«Onlar sabahacan vaxt verdilər. Yoxsa, «Bakı»da biabırçı hadisələr gözlənilir».