vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
17:11 | 23 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Qarabağ» mərhələni adlayacaq»

Ağasəlim Mircavadov: «Problem olmayacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Püşkün nəticəsi «Qarabağ» üçün normal oldu. Rəqibin kimliyindən asılı olmayaraq komandamızın hazırlıq səviyyəsi yüksək olmalıdır. İnanıram ki, «Qarabağ»da bu sarıdan problem olmayacaq və mərhələni adlayacaq».


Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın «Valetta» klubunun «Qarabağ»a rəqib olmasını dəyərləndirən təcrübəli mütəxəssis ilk oyunun səfərdə olmasını komandamız üçün müsbət qiymətləndirib: «Qarabağ» səfərdə daha yaxşı oynayacaq. Ancaq ilk oyundan qabaq rəqib haqda informasiya  toplamaq lazımdır. Əks halda «Qarabağ» üçün çox ağır oyun ola bilər. Avropada asan və ya çətin rəqib olmur.  Ancaq Malta futbolunun səviyyəsi o qədər də yüksək deyil».