vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
18:09 | 25 iyun 2014 | Çərşənbə Məqaləyə 2535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prinsiplərimiz dəyişməzdir»

«Bu, bizim uğurumuzdan xəbər verir»

Həsən BABAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Lent.az İnformasiya Agentliyinin yaranmasından 6 il ötür. «APA Holdinq»ə daxil olan, hər gün fasiləsiz olaraq, oxucuları üçün obyektiv, operativ, dolğun xəbərlər hazırlayan, müxtəlif səpkili layihələri ilə geniş auditoriya qazanmış agentlik 2008-ci ilin iyun ayının 25-dən fəaliyyət göstərir. Hazırda Lent.az ana dilimizdə xəbər yayan ən böyük xəbər portallarından biridir. Gündəlik xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrli materiallar təqdim edir.


Portalın 6 illik fəaliyyəti ilə bağlı rəhbərliyin və kollektivin Lent.az-la bağlı fikirlərini öyrəndik.

 

«APA Holdinq»in prezidenti Vüsalə Mahirqızı Aktual.az-a bildirib ki, Lent.az-da ölkənin tanınmış imza sahibləri yazıblar:

«Böyük bir yazar ordusu keçib Lent.az-dan. Saytın 6 ildə özünün yetişdirdiyi tanınmış jurnalistləri var ki, hazırda müxtəlif vəzifələrdə çalışırlar. Çox şadam ki, Qabil Abbasoğlu kimi bir peşəkarla və onun rəhbərlik etdiyi kollektivlə bir yerdə çalışıram. Mən də bu saytın oxucusuyam. Onları təbrik edirəm, uğurlar arzulayıram».

V. Mahirqızı Lent.az-ın ilk təşəbbüskarı olaraq, saytın fəaliyyətə başlamasından və davamlı uğurlarından danışıb: «O zaman biz APA-nın əmkdaşları ilə düşünürdük ki, elə bir saytımız olsun, orada reportlajlar, araşdırma yazılar, layihələr yayımlayaq. Məsləhətləşdik ki, bu işi Qabil Abbasoğluna həvalə edək. Mən daha çox bu işin ideya müəllifi kimi yadda qala bilərəm. Qalan bütün işlərlə Qabil bəy və kollektivi məşğul oldu. Əminliklə deyə bilərəm ki, ezamiyyələri, xüsusilə, Dağlıq Qarabağla bağlı, Azərbaycan Xalq Cümhuriyyəti, Xocalı faciəsi ilə bağlı, son günlər əsir düşərgəsində olan insanlarımızla bağlı, bundan əvvəl Qarabağ döyüşçüsü Rey Kərimoğlunun «Qarabağ gündəliklər»i adlı layihələri Azərbaycan mətbuatında yalnız və yalnız, Lent.az həyata keçirib».

Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu Aktual.az-a agentliyin 6 il müddətində dəyişilməz prinsiplərə sadiq qalmasından söz açıb:

«Lent.az yaranandan bu günə qədər 6 il ərazində dəyişməz bir prinsipimiz var-vicdanla çalışmaq və saytımızın maraqlarını üstün tutmaq. Bu məqsəd indiyə qədər dəyişməyib, bundan sonra da dəyişməyəcək. Kollektivdə, gündəm dəyişə bilər, ancaq prinsiplərimiz daimidir.

Lent.az yarandığı gündən indiyə qədər çox sürətlə Azərbaycanda internet medianın yaranması prosesi ilə paralel şəkildə inkişaf edib. Biz oxucuların iradları ilə bərabər onların böyük sevgisini də qazana bilmişiksə, bu, bizim uğurumuzdan xəbər verir».

Baş redaktor gələcək planlardan danışaraq qeyd edib ki, yaxın aylarda oxuculara iki layihə təqdim edəcəklər:

«Lent.az-ın iki əlavəsi fəaliyyət göstərir. Kulis.az internet dərgisi lent.az-ın mədəniyyət əlavəsidir. Ailem.az saytı yeni fəaliyyətə başlayıb. Bundan sonra payıza doğru iki layihəmiz var. Onların üzərində çalışırıq. Yaxın aylarda oxuculara təqdim edəcəyik. Lent.az-ı, ən azı bir dəfə də olsa, oxuyan, maraqlanan və saytda əməyi keçmiş hər kəsə təşəkkürümü bildirirəm. Ad günü münasibəti ilə hamısını təbrik edirəm».

Hər bir mətbu orqanın ərsəyə gəlməsində, oxucu kütləsi qazanmasında, inkişafında onun əməkdaşlarının əməyi böyükdür. Bunu nəzərə alıb, Aktual.az olaraq, Lent.az əməkdaşlarının və yazarlarının da ürək sözlərini öyrəndik. Və onları, olduğu kimi, oxuculara təqdim edirik:

 

Gülşən Hacıyeva:

«6 yaşlı Lent.az-ın 5 ilini bir yerdə olmuşuq. Buna görə özümü şanslı hesab edirəm. Bu, iş həyatımda önəmli mərhələdir. Lent.az-da çalışmaqla yanaşı, həm də öyrənmişəm. Başda V. Mahirqızı və Q. Abbasoğlu olmaqla, əməyi keçən hər kəsi təbrik edirəm».

 

Səbuhi Məmmədli:

«Otaq istidir, kondisioner davası gedir. Mən bu sətirləri yazan dəqiqədə Lent.az-da 170 880-ci yazı yayımlandı. Bura təbii xəbər və reportajlar, araşdırmalar və sair də daxildir. Və mən əminəm ki, biz 17 milyonuncu xəbərin yayımlandığı günü də görəcəyik. Onda qoca olacağıq. Amma mən inaniram ki, bizi xatırlayacaqlar».

 

Kəmalə Quliyeva:

«Lentimiz uzun olsun. Oxucumuz bizim üçün həmişə müqəddəs olaraq qalacaq. Həmişə arzulanan, oxunan qalaq».

 

Qan Turalı:

«Lent.az-ın adı barmaqlarımızın yaddaşına yazılan saytdır».

 

Şərif Ağayar:

«Həmkarlarımı və jurnalistikamızın ustadlarını, xüsusilə, Qabil müəllimlə Səbuhi Məmmədlini təbrik edirəm. Açığı Səbuhiyə bir az qəzəbliyəm. Şamdan vurub Rumdan çıxır. Bizim yazılara yer qalmır. Arzu edirəm, 60 yaşlarını belə böyük şövqlə qeyd etsinlər!»

 

İlqar Rəsul:

«Lent.az yarandığı dövrdən qısa müddət ərzində özünü doğruldan və cəmiyyətin etimadını qazanan bir saytdır. Sözsüz ki, bu da saytda verilən informasiyaların operativliyi, digər materialların, həm də peşəkarlıq baxımından bütün standartları ödəməsinə, eləcə də bu işin arxasında, Qabil Abbasoğlu başda olmaqla, hansı jurnalistlərin dayanmasına bağlıdır».

 

Elmin Həsənli:

«6 yaşı olmasına baxmayaraq, qol-budaqlı bir portala çevrilib Lent.az! Arzum budur ki, gələcəkdə budaqları o qədər artsın ki, yığıb-yığışdırmaq mümkün olmasın».

  

Anar Məcidzadə:

«Lent.az mənim üçün doğma bir məkandır. Buranın rəhbərliyi, eyni zamanda, kollektivi mehriban, peşəkar insanlardan ibarətdir. Təbii ki, səmimiyyət, peşəkarlıq olan yerdə inkişaf, tərəqqi olacaq. Bu gün Vüsalə Mahirqızının rəhbərlik etdiyi Holdinq və bu Holdinqə daxil olan Lent.az İnformasiya Agentliyi artıq cəmiyyətdə, mətbuatda öz sözünü demiş, uğurlara imza atmışdır. Heç şübhəsiz ki, bu uğurlar daimi olacaq».

 

Fərid Mirzəyev:

«Hələ Azərbaycanda sayt jurnalistikası üfüqdə görünmürdü. Qabil Abbasoğlunu, Səbuhi Məmmədlini yalnız qəzet səhifələrindən tanıyırdım. Və nə zamansa onlarla bir redaksiyada çalışacağım, təbii ki, heç ağlıma gəlməzdi. Ancaq, həyatdır. İndi birlikdə işləyirik. Görürəm, götürürəm. Zənnimcə, biz ən yaxşısını edənə kimi, ən yaxşısı budur».

 

Ləman Mustafaqızı:

«Lent.az mənim üçün doğma və əzizdir. Günümün çoxunu bu kollektivdə keçirirəm. Gəldiyim ilk gündən burada sevgi və qayğı gördüm. İş yoldaşlarım işdən sonra da yaxşı dostlarımdır. Sevinirəm ki, bu kollektivdəyəm! Artıq iki ildir ki, Lent.az-ın ad gününü bir yerdə qeyd edirik. Hər kəs kollektivi təbrik edir. Mən isə oxucularımızı təbrik edirəm.. Onlar olmasaydı, biz olmazdıq! Ən zövqlü oxucular Lent.az-ın oxucularıdır. Var olun ki, var olaq!».

 

Ağa Cəfərli:

«Lent.az ürəkdir!».

 

Anar Gəraylı:

«5 illik jurnalistika ömrümün tam 1 ili 6 yaşlı Lent.az-ın payına düşür. Məktəb yaşlı Lent.az-ın «məktəbi bitirməsini» də görməyə ümid edirəm».

 

Xaliq Rüstəmov:

«Bu gün 6 yaşımız tamam olur. İçi özüm qarışıq, bütün Lent.az-çıları təbrik edirəm. İlk günlərdən bu qurumda çalışıram. Kifayət qədər gözəl insanlarla ünsiyyətdə olmuşam. Bir sözlə, Lent.az-ı sevirəm».

 

Biz də Vaxt.az olaraq, həmkarlarımızı təbrik edir, uğurlarının davamlı və bol olmasını arzulayırıq.